“Ölkələrimiz mühüm dostluğu indi yox, çoxdan başlayıblar. Siz təkcə enerjiyə görə bizim dostumuz deyilsiniz. Təsəvvür edirəm, indi Sizin yeni dostlarınız var. Çünki dünyada ölkənizin strateji əhəmiyyəti artmaqdadır. Lakin əməkdaşlığımız lap çoxdan başlayıb və təkcə maraqlara əsaslanmır, həmçinin mədəniyyət, adət-ənənələr sahəsindəki işbirliyinə söykənir”.
Bizim.Media xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban yanvarın 30-da Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycan Qarabağdakı yenidənqurma işlərində macar şirkətlərini görməyi ümid edir” - Prezident
Orban Xalqlar arasında son onillik ərzində əlaqələrin və ənənəvi əməkdaşlığın gücləndirilməsinə mərhələli şəkildə verdiyi töhfəyə görə İlham Əliyevə təşəkkür edib:
“Cənab Prezident, Siz Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına hər zaman dəstək vermisiniz. Biz bunu yüksək dəyərləndiririk. Macarıstan türkdilli dövlət kimi həmin platformada iştirak edən ölkədir və bu, bizim üçün nəinki mədəni, o cümlədən siyasi baxımdan əhəmiyyətlidir.
Bir sözlə, cənab Prezident, ölkəmizə, Budapeştə çox xoş gəlmisiniz. Səfərinizə görə çox minnətdarıq. Keçmişdə təşəkkül tapmış dərin əməkdaşlığımızı yüksək dəyərləndiririk və ümid edirik ki, o gələcəkdə də davam edəcək”.
Bizim.Media