"Xain hücumun obyektiv araşdırılmasını tələb edirik" - Sahibə Qafarova

Hazırda oxunan: "Xain hücumun obyektiv araşdırılmasını tələb edirik" - Sahibə Qafarova

116978

“Bu xain hücumun obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edirik”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova tviterə yazıb.

“Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayırıq. Şəhid olan səfirliyimizin əməkdaşına Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!”, - o bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.
Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO