“Dağlıq Qarabağın ekvivalenti Zəngəzurdur” – REAL lideri Qarabağdan danışdı

“Dağlıq Qarabağın ekvivalenti Zəngəzurdur” – REAL lideri Qarabağdan danışdı

Hazırda oxunan: “Dağlıq Qarabağın ekvivalenti Zəngəzurdur” – REAL lideri Qarabağdan danışdı

11639

“Ermənilərdə müəyyən qorxu yaranıb. Onlar təşvişə düşüblər ki, Azərbaycan Zəngəzura da keçə bilər”

Bizim.Media xəbər verir ki, bu sözləri ReAl partiyasının sədri İlqar Məmmədov onlayn verilişlərin birində səsləndirdi. 
 

MÖVZU İLƏ BAĞLI:

UNESCO Qarabağa missiya göndərmək istəyir


“Düşünürəm ki, Azərbaycan məsuliyyətli davranmalıdır. Əgər hər hansı bir geosiyasi səbəblə Dağlıq Qarabağın ermənilərin istədiyi kimi beynəlxalq tanınması mümkün olarsa, Azərbaycan dərhal Zəngəzurun Ermənistandan ayrı müstəqil dövlət kimi tanınmasına çalışmalıdır. Bu istiqamətdə hüquqi addımlıar atmalıdır”

İlqar Məmmədovun fikrincə, bu doğru münasibətdir və belə bir ehtimalı Ermənistanda hər kəs bilməlidir. 

“Bundan sonra daha Dağlıq Qarabağ-Dağlıq Qarabağ deyə bilməyəcəklər. Status yoxdur, münaqişə qurtardı. Prezident İlham Əliyev də dəfələrlə deyib ki, artıq münaqişə bitib, hər hansı statusdan söbət gedə bilməz. Bircə Dağlıq Qarabağda yaşayacaq erməni vətəndaşlarımızla çözəcəyimiz bəzi məsələlər qalıb. Onlar da həll olunacaq. Yox, əgər Dağlıq Qarabağa status, diplomatiya söhbətlərinə başlasalar” deyən İlqar

Məmmədov əlini masaya vuraraq Zəngəzur söylədi. Partiya sədri bir daha vurğuladı ki, Dağlıq Qarabağ mövzusunun ekvivalenti Zəngəzurdur. 

“Qarabağda ermənilərlə yaşayış qaydaları və s. məsələlərə aydınlıq gəlməlidir. Qalib tərəf olaraq yeni savaş istəmirik və ona görə də gərginlik nöqtələri axtarmaq lazım deyil.

Orada hər gün bir insident baş verə bilər və həmin hadisələri şişirdib, döyüşə girməyə ehtiyac yoxdur. 

Sülh, barış və dinc çözüm istiqamətində hərəkət edən tərəf olmalıyıq”, - deyə ReAl lideri fikrini tamamladı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO