“Dünyanın hər yerində idman kompleksləri açıqdır. Ancaq bizdə idman zalları hələ də bağlıdır. Zallarda az adam olur, niyə bağlı olmalıdır ki?!”.
Bizim.Media-nın məlumatına görə, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında deyib.
MÖVZU İLƏ BAĞLI:
“İcra hakimiyyətləri ləğv olunmalıdır” – Deputatdan açıqlama
“İdman zallarında çalışan insanların çoxu acından ölür. Yüzlərlə insanın taleyini belə başlı- başına buraxa bilmərik”.
Deputat əlavə edib ki, sərt karantin dövründə ayaqqabı dükanını bağlayıblar: “Halbuki ora gündə 3-5 adam girə, ya girməyə”.
F. Mustafa ölkədə qiymət artımına da toxunub:
“Tikinti materiallarının qiyməti 30-40 faiz qalxıb. Ərzaqların qiyməti artıb. Əmək haqlarının qalxması isə ondan xeyli aşağıdır”.
Bizim.Media