Avropa İttifaqı-Rusiya TOQQUŞMASI – Sərhədimizə göndərilən missiya nə vəd edir?

Avropa İttifaqı-Rusiya TOQQUŞMASI – Sərhədimizə göndərilən missiya nə vəd edir?

Hazırda oxunan: Avropa İttifaqı-Rusiya TOQQUŞMASI – Sərhədimizə göndərilən missiya nə vəd edir?

115836

Məlum olduğu kimi, Avropa İttifaqı (Aİ) Ermənistana yeni missiya göndərəcəyini açıqlayıb. Belə ki, daha əvvəl liderlərin dördtərəfli Praqa görüşündə Paşinyanın xahişləri və Makronun dəstəyilə Aİ-nin Ermənistana iki aylıq missiya göndərməsi razılaşdırıldı.

Lakin Azərbaycan tərəfi öz ərazisinə oxşar missiyanın göndərilməsini qəbul etmədi.

Həmin missiyanın müddəti 2022-ci il dekabrın 25-ə başa çatsa da, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistana yeni missiyanın göndəriləcəyini elan etdi. Son günlərdə isə erməni mənbələri həmin missiyanın bölgədə iki il qalacağını yazırlar.

Digər tərəfdən, Rusiya tərəfi Aİ missiyasının regiona gəlməsindən narahat görünür. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 18-də keçirdiyi brifinqdə qeyd edib ki, Azərbaycanın razılığı olmadan regiona göndəriləcək Aİ missiyası səmərəli olmayacaq. 

Bəs, Aİ və Rusiya arasında regionda nüfuz mübarizəsinin qızışması nə vəd edir?

Mövzunu Bizim.Media üçün şərh edən politoloq Tural İsmayılovun sözlərinə görə, Aİ missiyasının regiona uzunmüddətli gəlişi Azərbaycanı qane edə bilməz:

“Rəsmi Bakının mövqeyi nəzərə alınmadan, sırf Ermənistanın qərarı ilə belə bir missiya göndərilir. Hesab edirəm ki, bu missiyanın hər hansı siyasi çəkisi ola bilməz. Digər tərəfdən, bölgədə Azərbaycanın maraqları nəzərə alınmadan, fikirləri öyrənilmədən atılan bu addım Avropa İttifaqının bölgədə nüfuzunu artırmağa hesablanıb. Bundan əlavə, regionda Rusiya və Aİ arasında maraq toqquşması Cənubi Qafqazda geopolitik qarşıdurmaların yaranmasına səbəb ola bilər. Belə bir vəziyyət Avropa İttifaqının mövqelərinin daha da zəifləməsinə səbəb olacaq.

Eyni zamanda bu tip davranışlar bölgədə obyektivliyin qorunmasında Birliyin yetərsiz qalacağını söyləməyə əsas verir.

İstənilən halda, missiyanın göndərilməsi Azərbaycan və Aİ arasında inkişaf edən münasibətlərin ruhuna ziddir. Ümumilikdə, Ermənistana uzunmüddətli missiyanın göndərilməsində Makronun rəhbərliyi ilə Fransanın təhrikləri əsas rol oynayır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO