Paşinyan erməni diasporuna meydan oxuyur - Ermənilər şokdadır

Paşinyan erməni diasporuna meydan oxuyur - Ermənilər şokdadır

Hazırda oxunan: Paşinyan erməni diasporuna meydan oxuyur - Ermənilər şokdadır

11562

Bizim.Media Ermənistan mətbuatına istinadən məlumat verir ki, “Daşnaksütyun” partiyası Paşinyan hökumətini yeni status-kvo və Türkiyə ilə sərhədləri açmaq strategiyasını kəskin tənqid edir.

Tənqidlərin əsas hədəfi isə xarici işlər naziri Ara Ayvazyanın sərhədlərin açılması ilə bağlı bu günki çıxışıdır.

Partiya eyni zamanda hökumətin Qarabağdakı ermənilərin təhlükəsizliyinin qarantı olma öhdəliyini də üzərindən atmaq istəməkdə ittiham edir.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan qlobal güclərin oyun meydanına çevrilir


Qeyd edək ki, Ermənistan parlamentindəki çıxışı zamanı xarici işlər naziri Ara Ayvazyan Qarabağda güc tətbiq olunması nəticəsində Türkiyə Ermənistan sərhədlərinin bağlandığını və Ermənistanın blokadaya düşdüyünü xatırladıb.

İndi isə Qarabağla bağlı vəziyyət kökündən dəyişib. Bu şərtlər altında Türkiyənin Ermənistanla sərhədləri bağlı saxlamaq üçün hər hansı səbəbi yoxdur və blokadanın tezliklə aradan qaldırılmasına ehtiyac var, deyə Ayvazyan bildirib.

Erməni mətbuatı isə daha əvvəl Moskvada Türkiyənin ünvanına tənqidi ifadələr səsləndirən Ayvazyanın öz fikirlərini 180 dərəcə dəyişdirməsinə görə tənqid edir.

Ayvazyana birbaşa baş nazir Nikol Paşinyan tərəfindən təzyiq olunduğu və öz ifadələrinə düzəliş edilməsi istənildiyini bildirir.

Lakin Ermənistan siyasi arenasındakı ziddiyyətlər bununla da sona çatmır. Dünən ABŞ konqresinin 50-yə yaxın ermənipərəst senatoru ABŞ prezidenti Co Baydenə Türkiyəyə S-400 raket kompleksi və Qarabağ müharibəsinə müdaxiləsi ilə bağlı sanksiyaların qoyulması ilə bağlı müraciət edib.

Müraciətin hazırlamasında ABŞ-dakı erməni icmasının və onlarla yaxın əlaqələrə malik senatorların adları çəkilir.

Ermənistan hakimiyyətinin Türkiyə ilə sərhədlərin açılması fikrini səsləndirdiyi bir vaxtda okeanın o tayında Türkiyə əleyhinə kampaniya aparılması isə olduqca şübhəli məqamlardan xəbər verir.

Əvvəlcə onu qeyd edək ki, “Daşnaksütyun” partiyası xaricdəki erməni diasporu ilə birbaşa əlaqələrə malik olan partiyadır.

Türkiyəyə qarşı radikal münasibəti ilə fərqlənən partiya mənsubları bir baxıma erməni diasporasının Ermənistandakı maraqlarını müdafiə edirlər.

Əgər Ermənistan Türkiyə ilə sərhədlərin açılması məsələsində razılığa gəlsə, bu erməni diasporası ilə Ermənistan höküməti arasında ciddi uçurumun yaranmasına gətirib çıxaracaq.

Çünki erməni diasporası Türkiyə ilə hər hansı əlaqənin qurulmasına qəti şəkildə qarşıdır. Uzun illərdir ki, xaricdəki erməni təşkilatları anti-Türkiyə fəaliyyəti, Türkiyəyə qarşı qondarma “soyqırım” iddiaları ilə gündəmə gəliblər və Qərbdəki əsas siyasi reklamlarını da məhz bu amil üzərindən qurublar.

Qərbin Ermənistana dəstəyini Azərbaycanla olan problem kimi yox, Türkiyənin Ermənistanı məhv etmək istəyi ilə əsaslandırmağa çalışıblar.

İndi Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və münasibətlərin inkişaf etməsi erməni diasporunununuzun illər ərzində gördüyü işlərlə, fəaliyyət istiqamətləri ilə ziddiyyət təşkil etdiyi aydındır.

Ermənistan hakimiyyəti isə ölkənin iqtisadi inkişafına nail olmaq üçün Türkiyə sərhədlərin açılmasının zəruriliyi yaxşı başa düşür. Bu fikir ayrılığı isə xaricdəki erməni havadarları ilə Ermənistan hakimiyyəti arasında ziddiyyəti hər keçən gün daha da gərginləşdirir.

Görünən odur ki, Türkiyə ilə sərhədlərin açılması məsələsi Ermənistan rəhbərliyini ciddi şəkildə narahat edəcək.

Bu addım diaspor ilə yaşanan fikir ayrılıqları xaricdən Ermənistana yönələn maliyyə yardımlarının durdurulmasına və xarici diasporun Paşinyana qarşı siyasi mövqe tutması ilə nəticələnə bilər.

Rəvan Əliyev. Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO