Siyavuş Novruzov təkzib etdi: -“Yalan informasiyadır” - ÖZƏL

Siyavuş Novruzov təkzib etdi: -“Yalan informasiyadır” - ÖZƏL

Hazırda oxunan: Siyavuş Novruzov təkzib etdi: -“Yalan informasiyadır” - ÖZƏL

11497

“Daxili İşlər Nazirliyini məhkəməyə verməmişəm. Adımdan yalan informasiya yayılıb”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin üzvü Siyavuş Novruzov deyib. Deputat adından yazılan məlumatların əsassız və həqiqətəuyğun olmadığını bildirib:

 

MÖVZU İLƏ BAĞLI:

Siyavuş Novruzov DİN-i məhkəməyə verdi - Qanundan xəbərləri yoxdur


“Karantin dövründə insanların, eləcə də bizim təhlükəsizliyimizin qorunması ilə məşğul olan Daxili İşlər Nazirliyini niyə məhkəməyə verim? Onlar sərt karantin günlərində insanların epidemiyadan qorunması və təhlükəsizliyi ilə bağlı əllərindən gələni əsirgəməyiblər".

"Xalqımızı bu bəladan qorumaq üçün maksimum səy göstəriblər”. Deputat dəfələrlə Milli Məclisdə Daxili İşlər Nazirliyinin əməkdaşlarına karantin dövründə göstərdikləri səy və təmkinə görə minnətdarlığımı bildirdiyini də qeyd edib:

“Yenə bu işdə onlara uğurlar arzulayıram. Əsası olmayan məlumatlara isə inanmayın”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO