Rusiyanın Qarabağda gərginlik MESAJLARI – Kreml separatçılığın qalmasında niyə maraqlıdır?

Rusiyanın Qarabağda gərginlik MESAJLARI – Kreml separatçılığın qalmasında niyə maraqlıdır?

Hazırda oxunan: Rusiyanın Qarabağda gərginlik MESAJLARI – Kreml separatçılığın qalmasında niyə maraqlıdır?

114632

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 12-də keçirdiyi brifinqdə Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub. Belə ki, XİN rəsmisi Ermənistanın mövqeyini tənqid edib. Zaxarova Ermənistanı açıq şəkildə sülh prosesini pozmaqda, vahid mövqe sərgiləməməkdə ittiham edib. 

Digər diqqət çəkən məqam isə, Kremlə yaxınlığı ilə seçilən siyasi şərhçilərin bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı ehtimallar irəli sürməsidir. Xüsusilə də, Azərbaycanın Xankəndini nəzarətə götürmək imkanları daha çox müzakirə edilir.

Bəs, Rusiyanın rəsmi və qeyri-rəsmi formada bu cür mövqe nümayiş etdirməsi nəyə hesablanıb?

Mövzunu Bizim.Media üçün şərh edən politoloq Tural İsmayılovun sözlərinə görə, ilk növbədə Ermənistanın son dövrlərdə Rusiyaya qarşı tələblərinin olmasını nəzərə almaq vacibdir:

“O tələblərin yerinə yetirilməsi isə Rusiyanın birmənalı şəkildə qeyri-obyektivliyini nümayiş etdirməsi olardı. Ona görə də, Rusiya tərəfindən hal-hazırda həyata keçirilən siyasət Ermənistanı əsla qane etmir. Bu səbəbdən, son dövrlərdə iki ölkənin rəsmiləri arasında soyuq müharibə və sözatmalarının şahidi oluruq.

Ümumiyyətlə, Rusiyanın rəsmi və qeyri-rəsmi səviyyədə Azərbaycanın Xankəndini nəzarətə götürməsi ilə bağlı fikirlər səsləndirməsi, Kremlin bölgədə münaqişənin yenidən alovlanmasında maraqlı olduğunu göstərir.

Hər kəsə bəllidir ki, münaqişə olmayan yerdə Rusiya sülhməramlılarına heç bir ehtiyac qalmayacaq. Ona görə də, sülhməramlıların missiyasının müddətini uzatmaq, bölgədə gərginliyin qalmasında maraqlı olmaq Rusiyanın çağdaş, aqressiv siyasətini özündə ehtiva edir.

Həmçinin, Ukrayna ilə müharibədə Rusiyanın qarşısına qoyduğu bəlli hədəflərə nail ola bilməməsi, şimal qonşumuzun bu günə qədər müharibə ilə bağlı planlaşdırdığı ssenarilərinin gerçəkləşməməsi, eyni zamanda Ukraynanın uğurlu müdafiə və əks-hücumları Kremlin digər bölgələrlə bağlı siyasətində də aqressiv qərarlar almasına səbəb olur. 
Bu gün Rusiya birmənalı olaraq Cənubi Qafqazda separatçılıq meyillərinin olmasında maraqlıdır və bu marağını da hər vasitə ilə nümayiş etdirməyə çalışır”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO