“Azərbaycanla əlaqələri möhkəmləndiririk” – İsrailin xarici işlər naziri  

“Azərbaycanla əlaqələri möhkəmləndiririk” – İsrailin xarici işlər naziri  

Hazırda oxunan: “Azərbaycanla əlaqələri möhkəmləndiririk” – İsrailin xarici işlər naziri  

114627

İsrail xarici işlər naziri Eli Koen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu ölkəsinə səfərə dəvət edib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail XİN başçısı "Twitter" hesabında paylaşım edib.

“Azərbaycanla əlaqələri möhkəmləndiririk! Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefon əlaqəsi saxladım.

O, məni təyinatım münasibətilə təbrik etdi. Azərbaycanın İsraildə səfirliyinin açılması ilə əlaqədar olaraq mən naziri səfərə dəvət etdim. Biz ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək və əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik”, - deyə israilli nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO