“Bu il Ermənistana təzyiqlər artacaq” - Tofiq Zülfüqarovdan Moskva Bəyanatının ŞƏRHİ 

“Bu il Ermənistana təzyiqlər artacaq” - Tofiq Zülfüqarovdan Moskva Bəyanatının ŞƏRHİ 

Hazırda oxunan: “Bu il Ermənistana təzyiqlər artacaq” - Tofiq Zülfüqarovdan Moskva Bəyanatının ŞƏRHİ 

114190

2021-ci ilin yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında imzalanan Moskva bəyanatından artıq iki il keçir. 

4 bənddən ibarət olan bəyanat kommunikasiyaların açılması, iqtisadi və nəqliyyat əlaqələrinin tez bir zamanda bərpasını nəzərdə tuturdu. 

Ötən 2 il ərzində Moskva bəyanatından irəli gələn müddəalar nə dərəcədə icra olunduğuna sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla nəzər saldıq. 

Politoloq Bizim.Media-ya açıqlamasında bildirdi ki, 11 yanvar bəyanatından irəli gələn məqamların öz üzərinə düşən hissəsini bu günə qədər yalnız Azərbaycan icra edib:

“11 yanvar bəyanatı, 10 noyabr razılaşmasının tərkib hissəsidir. Moskva sənədi əsasən kommuniiasiyaların bərpası mövzusuna aid olub. Zəngəzur dəhlizi üçün nəzərdə tutulan yol məsələsi də burada öz əksini tapıb. Amma təəssüf ki, keçən müddət ərzində sənəddən irəli gələn məsələ ilə bağlı yalnız Azərbaycan tərəfi fəaliyyət göstərib. Yəni Azərbaycan məsələnin öz üzərinə düşən hissəsini ardıcıl şəkildə həyata keçirir. Lakin Ermənistanla bağlı bunu demək olmaz. İrəvan demək olar ki, ötən müddətdə bu məsələdə irəliyə doğru bir addım belə atmayıb.

Bu da təəccüb və narahatlıq yaradır. 

Azərbaycan Prezidenti dünənki çıxışında bəyan etdi ki, 11 yanvar razılaşmasından irəli gələn məqamlar da mütləq öz həllini tapacaq”. 

Həmsöhbətimiz düşünür ki, sənəddən irəli gələn məqamların icrası üçün cari ildə Ermənistana yönəlik təzyiqlər artacaq:

“Əminəm ki, cari ildə bu istiqamətdə Azərbaycanın siyasi təzyiqi davam edəcək. Bu məsələdə Azərbaycan və bölgədə olan digər ölkələrin mövqeyi üst-üstə düşür. O, baxımdan əminəm ki, cari ildə məsələ ətrafında İrəvana təzyiqlər artacaq. Əslində, 11 yanvar bəyanatından irəli gələn müddəaların həll olunması Ermənistanın da xeyrinədir. Təəssüf ki, kiçik siyasi alver naminə İrəvan bu istiqamətdə də oynamaqda davam edir. Amma onun bu istiqamətdə potensialı böyük deyil. Ona görə də gec və ya tez Ermənistan məsələ ətrafında real addımlar atmalı olacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO