Prezident: “Kim bizim vətəndaş olmaq istəmirsə, yol açıqdır, gedə bilərlər” - VİDEO 

Prezident: “Kim bizim vətəndaş olmaq istəmirsə, yol açıqdır, gedə bilərlər” - VİDEO 

Hazırda oxunan: Prezident: “Kim bizim vətəndaş olmaq istəmirsə, yol açıqdır, gedə bilərlər” - VİDEO 

114100

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün yerli telekanallara müsahibə verib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı müsahibə zamanı Qarabağın erməni sakinlərindən də söz açıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “İkinci Qarabağ müharibəsinin nəticələri dünya tərəfindən qəbul edilib”


Prezident  bildirib ki, orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq:

“Azərbaycan vətəndaşları kimi onların hüquqları və təhlükəsizliyi də təmin olunacaq. Kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil. açıqdır, gedə bilərlər. Ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq. Ya sülhməramlıların tend altındakı yük maşınlarında gedə bilərlər, avtobusla gedə bilərlər, yol açıqdır”. 

Prezident bu məqamda ötən günlərdə Azərbaycan postlarından birinə yaxınlaşıb kömək istəyən erməni nümunəsini də xatırlatma edib:

“Bu onu göstərir ki, biz onların nəinki hüquqlarını təmin edirik. Onlar daha yaxşı yaşayacaqlar”. 

Müsahibədən həmin anın videosunu təqdim edirik: 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO