Köçəryan “böyük siyasətə” talan üçün qayıdır - Politoloq

Köçəryan “böyük siyasətə” talan üçün qayıdır - Politoloq

Hazırda oxunan: Köçəryan “böyük siyasətə” talan üçün qayıdır - Politoloq

11383

“Çox sayda rus və azərbaycanlı ekspert, jurnalist Robert Köçəryanın "böyük siyasətə" qayıtmasından yazır və danışır. Kimsə Köçəryanın Putinin tərəfdaşı olduğunu düşünür (yaxın gələcəkdə ən yaxşı mövqe deyil)”.

Bizim.Media xəbər verir ki, bu sözləri politoloq Əli Hacızadə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın “böyük siyasətə” qayıdışı məsələsinə fikir bildirərkən qeyd edib. O, bu barədə“Facebook” səhifəsində yazıb.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Köçəryanın Moskvadan gəlişini gözləyirlər – SƏBƏB?


“Kimsə Köçəryanın hakimiyyətə gələcəyini və Qarabağı yenidən ələ keçirəcəyini düşünür. Ancaq mənə elə gəlir (bəlkə də səhv edirəm) Köçəryanın daha strateji hədəflər var";

1. O, cinayət təqibindən tamamilə xilas olmaq istəyir. Bundan başqa özünə və ailə üzvlərinə qarşı gələcəkdə açılma ehtimalı olan cinayət təqibndən sığortalanmaq.

2. Prezidentliyi dövründə talan etdiyi sərvəti rahat şəkildə ailəsinin istifadəsinə vermək”.
Politoloq Köçəryanın dediyi bütün sözlərini erməni xalqına danışdığı növbəti yalan adlandırıb. 

“Qalan bütün sözlər isə sadəlövh və zombi ermənilər üçün intiqam haqqında deyilən boş sözlərdir. (Köçəryan Azərbaycanla yeni bir müharibənin Ermənistanın müstəqilliyinə rəsmən son qoyacağını çox yaxşı bilir).

Onun "böyük siyasətə" qayıtmaqla bağlı sözləri də cəfəngiyatdır. (Güldürməyin məni, iflasa doğru gedən 2 milyonluq bir yoxsul ölkədə hansı "böyük siyasətdən" danışmaq olar).

Sonda Ə.Hacızadə keçmiş prezidentinin hakimiyyətə gəlmək arzusunun yalnız ölkəni talan etmək üçün olduğunu da vurğulayıb.

“Köçəryan üçün bu dəqiqə əsas məqsəd özü və ailəsini sığortalamaqdır. Əgər bu müddət ərzində o, Paşinyanı da devirməyə müvəffəq olsa, bu əlavə ona yenidən ölkəni talan etməyə bir fürsət də verəcək.

Əlbətdə ki, bütün bunların fonunda Moskva da öz oyununu oynayır, bəzilərini qorxudur və diğərlərinə mesajlar göndərir”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO