“Bakı Vardanyanın həbs edilməsi məsələsini qaldıracaq” - POLİTOLOQ

“Bakı Vardanyanın həbs edilməsi məsələsini qaldıracaq” - POLİTOLOQ

Hazırda oxunan: “Bakı Vardanyanın həbs edilməsi məsələsini qaldıracaq” - POLİTOLOQ

112799

“Son dövrlərdə baş verən hadisələr bizi onu söyləməyə əsas verir ki, proseslərdə Ruben Vardanyan seperatçıların əsas qüvvəsi kimi iştirak etməyə çalışır və bu, əlbəttə ki, gələcəkdəki yaxşı olmayan tendensiyaların üzə çıxmağını göstərir. İstənilən halda Rusiya özü yetişdirdiyi müəyyən adamları vətəndaşlıqdan çıxarıb müxtəlif ölkələrdəki seperatçılıq ocaqlarına göndərə bilər. Ona görə də Vardanyan məsələsi Bakı tərəfindən xüsusi diqqətdə saxlanılır”.

Bu fikirləri Bizim.Media Ruben Vardanyanın Rusiya vətəndaşlığından çıxması ilə bağlı məsələni şərh edərkəm politoloq Tural İsmayılov söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Vardanyan Azərbaycana qarşı mübarizə yolunu seçdi - CAVABI MÜTLƏQ VERİLƏCƏK


O, bildirib ki,  bu şəxsin Rusiya vətəndaşlığından çıxarılması bu ölkənin daxili prosesidir. Amma burada bizi narahat edən odur ki, Rusiya tərəfindən vətəndaşlıqdan çıxarılmış Ruben Vardanyan Xankəndi şəhərində peyda olub:

“Bu tip hadisələrin adiləşməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf etməsi konteksində Rusiyanın narahat edən məqamları üzə çıxarır. Rusiya türk dünyasının birləşməsi perspektivindən narahatdır. Eyni zamanada Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə intqerasiya etməsi prosesini qarşısını almaq çalışır və bu üzdən məhz Ruben Vardanyan kartı dövriyyəyə buraxılıb”.

Ekspert hesab edir ki, istənilən halda Vardanyanın Xankəndini tərk etməməyi və onun oradan Azərbaycan əleyhinə təxribatçı açıqlamalar verməyi ölkəmizin ərazi bütövlüyünə növbəti dəfə təhdid edilməsi deməkdir. Ona görə də Azərbaycan Vardanyanı beynəlxalq xətlər üzrə axtarışa vermək hququ var və gec-tez onun həbsi ilə bağlı bu addımı atacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO