“Bir yerdə oğurluq olur, deyirlər deputat hara baxır?” – Siyavuş Novruzov 

“Bir yerdə oğurluq olur, deyirlər deputat hara baxır?” – Siyavuş Novruzov 

Hazırda oxunan: “Bir yerdə oğurluq olur, deyirlər deputat hara baxır?” – Siyavuş Novruzov 

112420

“Bəzən ictimaiyyət nümayəndələri deputatlardan səlahiyyətlərimizə uyğun olmayan şeyləri tələb edirlər”.

Bizim.Media xəbər verir ki, bu fikrləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov səsləndirib.

“Filan yedə oğurluq var, deyirlər “deputat hara baxır?" Yaxud dövlət malı mənimsənib, yenə deyirlər “deputat hara baxır?”. Deputatın funksiyası ondan ibarədir ki, bəlli problemlərlə bağlı dövlət qurumları qarşısında məsələ qaldırsın.
Digər tərəfdən, yoxlanmamış, şayiələrdən ibarət informasiya haqqında bizim hər hansı tədbir görməyimiz mümkün deyil. İlk növbədə məsələ dəqiq şəkildə araşdırılmalıdır”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO