Şuşa Dövlət Qoruğunun direktoru təyin olunan Tural Novruzov kimdir? – DOSYE 

Şuşa Dövlət Qoruğunun direktoru təyin olunan Tural Novruzov kimdir? – DOSYE 

Hazırda oxunan: Şuşa Dövlət Qoruğunun direktoru təyin olunan Tural Novruzov kimdir? – DOSYE 

112094

Xəbər verdiyimiz kimi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin (İH) sədri vəzifəsi ləğv edildiyindən qurumun idarə heyətinin rəhbəri Məftun Abbasov vəzifəsini itirib. Qurumda yeni yaradılan İcraçı direktor vəzifəsinin icrası müvəqqəti olaraq Tural Novruzova tapşırılıb. 

Bizim.Media xəbər verir ki, Tural Novruzov 2000-2004-cü illərdə Bakı Dövlət Universitetininin Beynəlxalq hüquq və münasibətlər fakültəsinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə isə magistr təhsili almış və fərqlənmə ilə bitirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Məftun Abbasov Şuşa Qoruğundakı vəzifəsini itirdi - FOTO


2006-2008-ci illərdə Londonda biznes menecment üzrə müxtəlif təhsillər alıb, 2008-2009-cu illərdə ‘‘Diplomatic Academy of London’’ təqaüdünü qazanaraq Londonda Westminster Universitetində Diplomatiya üzrə magistr təhsili alıb. 2016- cı ildə Cambridge Univeristetinə qəbul olunub və biznesin idarə edilməsi üzrə (MBA) magistr təhsili alıb.

2021-2022-ci illərdə İsveçin Lund Universitetində ‘‘Şəhərsalmanın təbiətə əsaslanan həllərlə idarə olunmasında innovasiya’’ peşəkar inkişaf proqramını bitirib. 

Tural Novruzov 2008-ci ildən Londonda ‘‘Blackstone Group’’ şirkətində daşınmaz əmlak aktivlərinin idarə edilməsi üzrə çalışıb. Daha sonra ‘‘Gilan Holdinq’’də daşınmaz əmlak aktivlərinin idarə edilməsinə rəhbərlik edib. 2019-cu ildən Beynəlxalq şəhərsalma və layihələndirmə şirkəti olan ‘‘Vasconi Architetctes’’ şirkətinin Azərbaycan üzrə rəhbəri olub, Gəncə şəhərinin baş planının hazırlanmasını icra edib. 2021-ci ildən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində Tarixi-mədəni irsin qorunması, ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsinə rəhbərlik edib. 

Bu il iyunun 10-da isə Tural Novruzov Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin olunub. 

Ailəlidir, iki övladı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO