“Uşaqlar ağır çantaları daşımaqdan axırda “ştangist” olacaqlar” – Aqil Abbas   

“Uşaqlar ağır çantaları daşımaqdan axırda “ştangist” olacaqlar” – Aqil Abbas   

Hazırda oxunan: “Uşaqlar ağır çantaları daşımaqdan axırda “ştangist” olacaqlar” – Aqil Abbas   

111894

“Təhsil haqqında nə qədər qanun qəbul olunsa da, bu sahədəki vəziyyətdən hamımız xəbərdarıq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Aqil Abbas səsləndirib.

“Qanun qəbul etməklə təhsili düzəldə bilmirik. Mənim ibtidai sinifdə oxuyan nəvələrim var ki, onların çantalarını mən götürə bilmirəm. O çantaları götürməkdən axırda uşaqlar “ştangist” olacaqlar. Kitabları daha nəfis formada işləmək olar.
İkincisi, müəllimlərin üstünə çox düşmüşük. Bu maaşla bizim ərköyün balalara dərs keçən müəllimlər Milli Qəhrəmandır. Bu yaxınlarda 30 ilin müəllimi uşağa bir şillə vurduğuna görə, məktəbdən qovdular. Mən şiddətə qarşıyam, amma belə də olmaz axı. Müəllimləri belə ucuzlaşdırmaq olmaz.

Valideynlər elə bilir, müəllimlər onların quludur, nə istəsələr edə bilərlər, hücum edirlər məktəblərə.

Əvvəllər nadinclik edən tələbələri məktəbdən qovub, bir xüsusi məktəbə yığardılar. Onlar orda elə tərbiyə alırdılar ki, oradan alimlər, polkovniklər çıxırdı. İndi isə tələbələr müəllimin başına çıxır. Şagirdin əlindəki telefonun qiyməti müəllimin 5-6 aylıq maaşından bahadır”, - deyə deputat əlavə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO