Sülhməramlılar Arayiki Xankəndinə baqajda necə gətirdilər? – Aksiyaların PƏRDƏARXASI

Sülhməramlılar Arayiki Xankəndinə baqajda necə gətirdilər? – Aksiyaların PƏRDƏARXASI

Hazırda oxunan: Sülhməramlılar Arayiki Xankəndinə baqajda necə gətirdilər? – Aksiyaların PƏRDƏARXASI

111715

Məlum olduğu kimi, dünən erməni əsilli vətəndaşlarımızın məcburi iştirakı, Vardanyanın çağırışı və Rusiyanın xeyir-duası ilə Xankəndidə etiraz nümayişi təşkil olundu. Şəhərin mərkəzinə toplanan bir qrup erməni Azərbaycanı Laçın yolunu bağlamaqda ittiham etdi. 

Uzaq fondan lentə alınmış görüntülər, həqiqətən, elə bir təəssürat yaratdı ki, Qarabağdakı bütün ermənilər Xankəndinə axışıb. Amma yaxından çəkilmiş fotolar üstü bəzənməyə çalışan mitinqin altında nələrin yatdığını nümayiş etdirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Arayikin Paris SƏRGÜZƏŞTLƏRİ – Fransaya öz dilində cavab verməyin vaxtı çatıb


Başıaşağı qocalar, gözü dolmuş uşaqlar...

Aksiyanın elə ilk sıralarını bəzəyən yaşları 70-i haqlamış qocaları görməmək mümkün deyildi. Digər kadrlara baxanda da, saçı ağarıb, dişləri tökülmüş ahılların mitiqin “hərəkətverici” qüvvəsi olduğu daha da aşkar görünürdü. 

Digər diqqətçəkən mənzərə isə mitinqə çoxsaylı məktəb yaşlı uşağın gətirilmiş olması idi. Bununla Vardanyan-Arutyunyan tandemi dünya ictimaiyyətinin həssas tellərinə uşaq kartı ilə toxunmağı düşünüb, yəqin ki. Amma onların bu planını da elə öz millətindən olanlar ifşa etdi. 

Belə ki, Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan sosial şəbəkə hesabından separatçı başbilənlərinin bu addımını tənqid atəşinə tutub:

“Böyüklər eyni uşaqlara ürək ağrıdan yazıları olan plakatlar verir, yolkaların qarşısında şəkil çəkdirirlər. Onları göz yaşlarına səbəb olan mətnləri əzbərləməyə və yazmağa məcbur edirlər, onların iştirakı ilə müxtəlif aksiyalar təşkil edir və bütün bunları dünyaya yayırlar ki, mərhəmət oyatsınlar ki, çadırlar sökülə bilsin”.

Göründüyü kimi, mitinqlərin nəticəsində Ermənistanın birinci xanımı olan Akopyanın belə aksiya mədəniyyəti separatçılardan daha çox imiş...

Onu da əlavə edək ki, mitinqə qatılanlara adambaşına 30-40 dolların verilməsi, separatçı rejimin qulluqçularının formalarını çxıraraq aksiyaçılara qoşulması kimi rəzilliklər də diqqətdən yayınmadı.

Arayik Xankəndinə necə gəlib?

Aksiyanın təşkilindən tutmuş, idarəetməsinə qədər Ruben Vardanyanın fəallığı daha çox diqqət çəkirdi. Separatçıların başçısı Arayik isə daha çox Rubenin kölgəsində qalmışdı. Lakin maraq doğuran məsələ Arayikin Xankəndinə necə qayıtması ilə bağlıdır.

Belə ki, aksiyaların başladığı ərəfədə Arayikin Fransaya səfər etdiyi məlumdur. Arutyunyan Fransada böyük hörmət-izzətlə qarşılanmış, bu ölkəni rəsmi televiziyasına çıxıb, açıqlamalar da vermişdi. Amma aksiyaların başladığı gün, yəni dekabrın 12-dək Arayik Xankəndinə qayıdıb-qayıtmaması ilə bağlı hər hansı məlumat yox idi. 

Digər tərəfdən, bu günlərdə saxta dövlətin başçısının bir sıra qərarları elan olunsa da, özü gözə dəymirdi. Ta ki dünənki aksiyayadək. Belə olan halda isə Arayikin Xankəndinə necə qayıtması böyük maraq doğurur. 

Çünki separatçıbaşının Ermənistandan Xankəndinə qayıtması üçün yeganə marşrutu Laçın yolu ola bilərdi. Son günlərdə Xankəndinə girib çıxan maşınlar isə ya Qızıl Xaça, ya sülhməramlılara məxsus xidməti nəqliyyat vasitələri, ya da humanitar və təcili tibbi yardım avtomobilləri olub.

BQXK və təcili tibbi yardım maşınlarının Arayiki gizlətməsi ehtimalım təbii ki, var. Amma istənilən halda onlara da nəzarəti sülhməramlılar etməlidir. Axı yolu bağlayan da onlardır. Yəni, istənilən halda Arayikin Xankəndinə qayıtmasında sülhməramlıların da əli var.
Görəsən, sülhməramlılar Arutyunyanı hansı maşının baqajında gizlədərək Xankəndinə gətiriblər?

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO