Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycanda qadın sığınacağına baş çəkib.
Bizim.Media-nın məlumatına görə, bu barədə V.Morton tvitterdə paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Britaniyalı nazir ilk görüşünü Bakıdan kənarda - Müşfiqdə keçirdi - FOTO
O bildirib ki, məişət zorakılığının qurbanları ilə söhbət edib, onların hekayələrini dinləyib.
"Gender əsaslı zorakılıq böyük bir problemdir. Azərbaycanın məişət zorakılığına qarşı mübarizə məqsədilə Milli Fəaliyyət Planının olması çox yaxşıdır. Mən ən qısa müddətdə İstanbul Konvensiyasını imzalamağı təşviq edirəm", - deyə Morton qeyd edib.
Bizim.Media