Azərbaycan Prezidenti Serbiya ilə əməkdaşlığın DETALLARINI AÇIQLADI

Azərbaycan Prezidenti Serbiya ilə əməkdaşlığın DETALLARINI AÇIQLADI

Hazırda oxunan: Azərbaycan Prezidenti Serbiya ilə əməkdaşlığın DETALLARINI AÇIQLADI

110877

“Dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanıb. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

Dövlət başçısı deyib: "Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik”.

Serbiyada səfərdə olarkən müdafiə sənayesi sahəsi ilə bağlı da müvafiq göstərişlər verdiyini diqqətə çatdıran Azərbaycan Prezidenti vurğulayıb ki, bu sahədə də hər iki ölkənin potensialı var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO