Rumıniya Prezidenti: “Dördtərəfli saziş ölkələrimiz arasında uzunmüddətli əməkdaşlığın təməlidir”

Rumıniya Prezidenti: “Dördtərəfli saziş ölkələrimiz arasında uzunmüddətli əməkdaşlığın təməlidir”

Hazırda oxunan: Rumıniya Prezidenti: “Dördtərəfli saziş ölkələrimiz arasında uzunmüddətli əməkdaşlığın təməlidir”

110186

“Dördtərəfli saziş qeyd olunan ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün təməl yaradır”.

Bizim.Media xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis dekabrın 17-də “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclasda deyib.
 

MÖVZU İLƏ BAĞLI:

AK rəhbəri: “Rumıniya, Gürcüstan və Azərbaycan arasındakı elektrik xətti bizi Xəzər regionu ilə bağlayacaq”


Rumıniya Prezidenti həmçinin, perspektivdə hələ görülməli işlərin çox olduğunu qeyd edib:

“Növbəti mərhələdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xətti çəkməyi hədəfə alarıq. Dəniz nəqliyyat əlaqələrinin bizim Konstantadakı limanımızdan Gürcüstan istiqamətində genişlənməsi nəzərdə tutulur.

Bu səylər Azərbaycanla və sonra Mərkəzi Asiya ilə bağlılığı artıracaq. Potensialımızdan yararlanmaq və dayanıqlılığı artırmaq üçün qarşıda bizi çoxlu işlər gözləyir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO