Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO

Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO

Hazırda oxunan: Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO

109811

Tbilisidə rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 15-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, ticarət-iqtisadi, enerji, nəqliyyat, mədəni-humanitar istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.

Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında parlamentlərin mühüm rolu qeyd olundu, hər iki ölkənin qanunvericilik orqanlarındakı dostluq qruplarının sıx təmaslarından məmnunluq ifadə edilib.
Görüş əsnasında ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Baş naziri Gürcüstan parlamentinin Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO