Azərbaycan kommunistlərinin Çin səfirliyindən aldığı RÜŞVƏT QALMAQALI - Rauf Qurbanovdan AÇIQLAMA

Azərbaycan kommunistlərinin Çin səfirliyindən aldığı RÜŞVƏT QALMAQALI - Rauf Qurbanovdan AÇIQLAMA

Hazırda oxunan: Azərbaycan kommunistlərinin Çin səfirliyindən aldığı RÜŞVƏT QALMAQALI - Rauf Qurbanovdan AÇIQLAMA

109351

Son günlər Azərbaycan Kommunist Partiyası ilə bağlı ortaya atılan iddialar müzakirələrə səbəb olub.

Belə ki, partiyanın Gənclər Təşkilatının üzvü olan Cəbrayıl Orucov sosial şəbəkə hesabında gənclərin təşkilatdan ayrıldıqlarını açıqlayıb. Sözügedən qərara səbəb kimi isə, Kommunist Partiyasının Avrasiyaçılar Hərəkatı ilə alyans yaratması göstərilib.

Bundan əlavə, C. Orucov Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin partiyaya 10 min manat dəyərində avadanlıq hədiyyə etdiyini də qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Bir kommunist olaraq SSRİ bayrağı ideyasını alqışlayıram” – AKP MK sədri Rauf Qurbanov 


Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov Bizim.Media-ya açıqlamasında sözügedən iddialara cavab verib.

Onun sözlərinə görə, artıq bir neçə ildir ki, vaxtı ilə AKP sıralarından partiyanın ali orqanın qərarı ilə xaric olunmuş bir neçə insan qrup təşkil edərək özlərini cəmiyyətə Kommunist Partiyasının nümayəndələri kimi sırımağa çalışırlar:  

“Adını çəkdiyiniz gənclər təşkilatı da o qəbildəndir, onların AKP ilə heç bir əlaqəsi mövcud deyil. Azərbaycan Kommunist Partiyasının hal-hazırda  hansısa “Avrasiya hərəkatı” ilə heç bir anlaşması yoxdur. Ümumiyyətlə, bu "hərəkatın" mövcudluğu barədə məlumatı ilk dəfədir ki, sizdən eşidirəm”.

Rauf Qurbanov Çinin ölkəmizdəki səfirliyinin partiyaya 10 min manat dəyərində avadanlıq hədiyyə etməsinə də münasibət bildirib:

“O ki qaldı, ÇXR-in ölkəmizdə fəaliyyət göstərən səfirliyindən AKP adından 10 min manat civarında avadanlığın alınmasına, görünür fırıldaqçılar Çin səfirinin humanistliyindən istifadə edib onu aldadıblar.
Bu cür xoşa gəlməz hallar AKP-nin cəmiyyətdə nüfuzuna ciddi zərbə vurur və onun xalq içərisində hörmətdən salır. Belə dələduzluqla məşğul olan insanlar AR Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tövsüb olunub, məsuliyyətə cəlb edilməlidirlər”.

AKP MK-nın sədri əlavə edib ki, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının (LKGİ) qeyd olunan insidentlə heç bir əlaqəsi yoxdur.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO