XXI əsrdə Fransanın yürütdüyü koloniya SİYASƏTİ: “Yeni Kaledoniya azadlıq istəyir”- Erik Gozlan

XXI əsrdə Fransanın yürütdüyü koloniya SİYASƏTİ: “Yeni Kaledoniya azadlıq istəyir”- Erik Gozlan

Hazırda oxunan: XXI əsrdə Fransanın yürütdüyü koloniya SİYASƏTİ: “Yeni Kaledoniya azadlıq istəyir”- Erik Gozlan

108775

İngilis Ceym Kukun kəşf etdiyi Kaledoniya Fransanın müstəmləkə siyasətindən azad olmaq istəyir.

XXI əsrdə yaşamağımıza baxmayaraq hələ də kaloniya halında mövcud olan ölkələr var.

Fransanın tarixinə baxdığımız zaman məlum olur ki, müstəmləçəkilik demokratiya, insan hüquqları bağıran bir ölkənin bu günə, lap elə bu saatlara qədər davam edən əsas siyasətidir. Dünyada ilk və barbar separatçılıq sayəsində bu günün Fransasına çevrilən ölkə, üzdə müstəqil və demokratik dəyərlərlə çıxış etsə də, daxilində vəziyyət heç də dünyaya ötürdüyü “sülh” mesajları kimi saf deyil. 

Fransa daxilində uzun illər müstəmləkə olmuş, bu gün müstəqillik üçün mübarizə aparan ölkələr var. Bunlardan biri Yeni Kaledoniyadır.

Yeni Kaledoniya Sakit okeanın cənub-qərb hissəsində yerləşən adalar qrupudur. Melaneziyada Fransanın mülkü, dənizaşırı ərazisi, Sakit okeanda yerləşən Yeni Kaledoniya adası, Luayote və Çesterfild adaları, Pen adası və s. kiçik adalardan ibarətdir. Sahəsi 19 min kvadrat kilometrdir. Cənub-qərbdə Avstraliya iqtisadi zonası, şimalda Vanuatu, cənub-şərqdə Fici ilə həmsərhəddir.

Əhalisi 246 minə yaxın olan Kaledoniyanın paytaxtı Numea şəhəridir. 

Melaneziyalıların məskunlaşdığı adanı 1774-cü ildə ingilis dəniz səyyahı Ceyms Kuk kəşf edib və oranı Şotlandiyanın qədim adı olan Kaledoniya adlandırıb. 1853-cü ildə o, rəsmən Fransanın ərazisi elan olunur, 1860-cı ildə isə ayrıca müstəmləkəyə çevrildi. Bu gün Yeni Kaledoniya sakinləri müstəqillik üçün mübarizə aparır. 

Fransanın barbar siyasətindən uzun illər əziyyət çəkən Kaledoniya sakinləri mütamadi olaraq etiraz səslərini çıxarsalarda, Fransa hökuməti onları susdurmağı bacarıb. 

Yeni Kaledoniya konqresinin üzvləri mütamadi olaraq həbslərə məruz qalır. Səbəb isə sadədir - Müstəqillik arzusunu basdırmaq. 

Bəs bu gün Kaledoniyayla Fransa arasında nə baş verir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Fransa Diplomatiya və Dialoq üzrə Beynəlxalq Şuranın direktoru Erik Gozlan münasibətlərin gərginliyinin yeni olmadığını deyir. Amma bildirir ki, son günlər Fransa hökumətinin Yeni Kaledoniyaya xüsusi diqqət verməsi nəzərdən qaçmamalıdır.

Çünki müstəqillik arzusu əvvəlki illərdən daha qabarıqdır: 

“Bu yaxınlarda yeddi günlük səfərdən sonra Fransa Daxili İşlər naziri Cerald Darmanen “separatçılarla” yeni dinc mübadilə vədi ilə Yeni Kaledoniyanı tərk etdi, lakin ərazinin statusu ilə bağlı müzakirələrin qrafiki hələ müəyyən edilməmiş qalıb. Nazirin məqsədi Fransanın suverenliyinin qorunub saxlanması üçün əlverişli olan sadiq düşərgəni qoruyarkən Cənubi Sakit okean ərazisinin müstəqilliyi tərəfdarları ilə yenidən əlaqə qurmaq idi. Bu səfər əhəmiyyətli idi, çünki bir ildən artıqdır ki, müstəqillik istəyən kəsimi bir araya gətirən Kanak Sosialist Azadlıq Cəbhəsi (FLNKS) ilə dialoq pozulmuşdu”.

E.Gozlan bildirib qeyd edib ki, əvvəllər keçirilən üç referendumun nəticələri rədd edilib.

Lakin 2021-ci ilin dekabrında pandemiyanın ortasında təşkil edilən sonuncu referendumun legitimliyi “FLNKS”in şiddətli etirazına səbəb oldu:

“Gerald Darmanen FLNKS konqresindən sonra 2023-cü ilin fevralında ikitərəfli görüşlər üçün müstəqillik təklifini qəbul etdi. O, yerli mediaya müsahibəsində “Mən tempi sürətləndirməyəcəm” deyə söz verib. Onlar xüsusilə dekolonizasiya və öz müqəddəratını təyinetmə hüququna dair, ərazinin gələcək statusu ilə bağlı danışıqların de-fakto təxirə salınmasına imza atırlar.

Gördüyümüz kimi, Yeni Kaledoniyada ikili oyunlar aparılır. Burada sakinlərinin bir qismi müstəqilliyə qarşıdır, digər qismi isə müstəqillik istəyir. Amma düşünmürəm ki, Yeni Kaledoniya müsəqillik qazanacaq, Fransa buna imkan verməyəcək”, - deyə Gozlan əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO