Koreyanın Azərbaycandakı səfiri Lee Eun Yongnun Quba səfəri davam edir.
Bizim.Media-nın şimal bürosunun məlumatına görə, ötən gün Quba iH başçısı Ziyəddin Əliyevlə görüşən diplomata rayon haqda geniş məlumat verilib.
Sonra səfir Yong Qubada yenicə istifadə verilmiş məşhur mağazalar şəbəkəsinin filialından alış-veriş edib. O mağazada digər xarici mallarla yanaşı, Koreya istehsalı şirniyyatların satılmasını da bəyənib və seçimin çox olduğunu vurğulayıb.
MÖVZU İLƏ BAĞLI:
Koreya səfiri Qubada səfərdədir
Lee Eun Yong bu gün Azərxalça" İstehsalat Birliyininin Quba bölməsində olub, yerli xalçaların toxunma şəraiti ilə tanış olub.
Daha sonra koreyalı səfir Quba Soyqırımı Memorial Kompleksində də olub, ermənilərin öldürdüyü dinc insanların xatirəsinə ucaldılan abidəni ziyarət edib, abidə önünə tər güllər düzüb.
Kompleksin xatirə kitabına ürək sözlərini yazan diplomat insana qarşı qəddarlığı və zülmü pisləyib.
Koreyalı səfirə Quba rayon İH başçısı Ziyyəddin Əliyev nəfis Azərbaycan xalçası hədiyyə edib. Səfirin Quba ilə tanışlığı davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu