Bu il Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü keçirilə bilər.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistannın xarici işlər naziri Ararat Mirzoyan parlamentin “hökumət saatı”nda danışıb.
Mirzoyan bildirib ki, ilin sonuna qədər Ermənistan və Azərbaycan XİN başçılarının daha bir görüşünün keçirilməsi barədə razılıq əldə olunub.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Ermənistan XİN rəhbərləri bu sahədə razılığa gəldi - FOTO
Nazir görüşün dəqiq tarixinin hələ təyin olunmadığını, lakin onun ilin sonuna qədər keçirilə biləcəyini deyib:
“Sülh müqaviləsi barədə danışıqlar davam edir. İrəvan az əvvəl Azərbaycan tərəfinin təkliflərini alıb və yaxınlarda öz təklifləri ilə çıxış edəcək”.
XİN rəhbəri bildirib ki, Bakı və İrəvanın yanaşmaları bir çox məsələlərdə fərqlənir, lakin danışıqlar da məhz mövqeləri yaxınlaşdırmaq üçündür.
O, tərəflərin ilin sonuna qədər sülh müqaviləsinin yekun variantını razılaşdırması ehtimalının az olduğunu deyərək danışıqların gələn il də davam edəcəyini proqnozlaşdırıb.
Bizim.Media