"Mediaport" Telegram kanalı bir mənbəyə istinadən yazır ki, Zəngəzur mahalının (Sünik) Nerkin (Xınzirək) icmasının əraziləri GPS-in köməyi ilə azərbaycanlılara veriləcək.
Bizim.Media xəbər verir ki, Sünik bölgəsi icmalarının rəhbərləri məsələni təkbaşına həll etməyə çalışırlar, çünki heç bir hökumət nümayəndəsi delimitasiya işinə qarışmır.
MÖVZU İLƏ BAĞLI:
Şurnux yox, Şurnuxu! - KƏND ZİYALISININ ETİRAZI - FOTO
“Hazırda vəziyyət sakitdir. Düşmənin icmanın bəzi evlərinə daxil olduğu barədə məlumatlar həqiqətə uyğun deyil” deyə Telegram kanal yazır.
"Togarma" Telegram kanalının verdiyi məlumata görə, Nerkin-Xndzoresk icmasının rəhbəri kənd yaxınlığındakı sərhədin müəyyənləşdirilməsi barədə məlumatı təsdiqləyib.
İcma GPS vasitəsi ilə “dövlət sərhədinin yoxlanılması”nı həyata keçirir. Bundan əvvəl, sərhədlə bağlı xəbər Mediaport tərəfindən yayımlanıb. Kəndin başçısı Ervənd Malunts bu məlumatları təkzib etməyib, çünki nəşrdə qeyd olunanların həqiqət olduğunu deyib.
Xatırladaq ki, Ermənistan hakimiyyəti eyni canfəşanlıqla Şurnuxudakı evlərin və yüksəkliklərin Azərbaycana verilməsi barədə məlumatları da təkzib etmişdilər, ancaq sonra sakinlər evlərini yandıraraq torpaqlarını tərk ediblər.
Bizim.Media