Ermənistanın Xarici İşlər Nazirliyinin Paşinyanın “münaqişənin diplomatik həlli olmadığını” vurğulayan son açıqlamasına münasibətdə Ermənistanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi açıqlama verib.
“Məhz Ermənistanın Azərbaycana qarşı müharibə başlatdığını, Dağlıq Qarabağ və ətraf yeddi rayonu əhatə edən Azərbaycan ərazilərini təxminən 30 ildir hərbi işğal altında saxladığını və öz doğma yurdlarından zorla qovulmuş bir milyonadək məcburi köçkünün əsas insan hüquqlarını kobud şəkildə pozduğunu xatırlatmaq istərdik.
Müharibə zamanı törətdiyi dəhşətli cinayətlərə, o cümlədən humanitar atəşkəsi kobud şəkildə pozaraq yalnız cəbhə bölgəsində deyil, həm də münaqişə bölgəsindən çox uzaqda olan dinc Azərbaycan əhalisini və mülki infrastrukturlarını qəsdən atəşə tutmaqla törətdiyi son müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə görə bütün məsuliyyəti daşıyan Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatında beynəlxalq humanitar hüquqa istinad edilməsi riyakarlıqdan başqa bir şey deyildir.
Ermənistan yanlış bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən əl çəkməlidir. Mövcud reallıq açıq-aydındır. Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və münaqişənin danışıqlar yolu ilə həllinə başlamalıdır. Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu ölkənin gərginliyin artması və qan tökülməsinin qarşısını almaq şansı bir o qədər çox olar”, - deyə qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:38 / 22.10.2020
XİN: “Ermənistan rəsmiləri bir-birinə zidd bəyanatlar verir”
Hazırda oxunan: XİN: “Ermənistan rəsmiləri bir-birinə zidd bəyanatlar verir”
Hazırda oxunan: XİN: “Ermənistan rəsmiləri bir-birinə zidd bəyanatlar verir”
1074
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.