Son günlərdə məşhur milyarder Elon Mask tvitter hesabında yazdığı “Gamestonk!” tviti ilə gündəmə gəlib.
Məşhur milyarderin tviti “GameStop” adlı şirkətin hissələri bir anda ciddi şəkildə yüksəlməsinə səbəb olub. Lakin bu gün əslində tvitin arxasında daha böyük və dünya iqtisadiyyatını təhdid edəcək dərəcədə birja fəaliyyətinin olduğu məlum olub.
MÖVZU İLƏ BAĞLI:
İlon Mask orbitə bir dəfəyə 143 peyk buraxdı
ABŞ-ın bir sıra nüfuzlu bankları uzun müddətdən bəridir ki, bir sıra şirkətlərə investisiya yartırır və kredit verməklə şirkətlərin hissələrinə ortaq olur.
Şirkətin hissələri banklar tərəfindən birjada satışa çıxarılır və nəticədə banklar ciddi gəlirlər əldə edirlər. Bu ABŞ-da və bütün dünyada olduqca normal qarşılanan birja fəaliyyəti kimi qəbul edilir.
Lakin bəzən şirkətin səmərəliliyi azaldığı zaman banklar öz verdikləri sərmayəni geri almaq üçün şirkətin hissələrini müəyyən məbləğdən, məsələn, 10 dollar qiymətindən, kütləvi şəkildə satışa çıxarırlar.
Bu addım şirkətlərin hissələrinin ciddi şəkildə qiymətdən düşməsinə səbəb olur. Daha sonra 10 dollara satılan şirkət hissələri eyni banklar tərəfindən 3 dollara geri alınır.
Əldə olunan 7 dollarlıq gəlirlə isə banklar şirkətin hissələrini itrimədən həmin hissələr üzərindən ciddi gəlir əldə edirlər. Bu amil dünya kapitalizminin bank sektorundakı əsas təməllərindən birini təşkil edir.
Lakin keçən həftə Elon Maskın birja proseslərinə süni şəkildə müdaxilə etməsi ABŞ və dünya banklarının bu planını alt üst edib.
Belə ki, ABŞ birjalarında “GameStop” adlı şirkətin hissələrində ciddi düşüş olacağı məlumatları yayılıb və banklar müəyyən məbləğ qarşılığında şirkətin hissələrini kütləvi satışa çıxarıb.
Nəticədə şirkətin hissə dəyərləri 3,5 dollara qədər düşüb. Bankların bu hissələri geri almağı planlaşdırdığı bir zamanda isə gözlənilmədən 2 milyona yaxın hesabdan “GameStop” şirkətinin hissələri satın alınıb.
Reddit platformasında təşkilatlanan 2 milyona yaxın gənc investor hər biri 5 min dollar dəyərində hissə sənədi satın alıb.
Hissələrin kütləvi alınması nəticəsində şirkətin hissə dəyəri bir anda 3,4 dollardan 348 dollara qədər yüksəlib.
Təbii olaraq hissələri 10 dollara satmış bankların manipulyasiya gedişi baş tutmayıb və banklar dəhşətli dərəcədə zərərə məruz qalıblar. Bankların Elon Maskdan şikayətçi olmaları ilə məlum olub ki, Redditdə təşkilatlanmış 2 milyon hesab adından maliyyə işlərini Elon Mask təşkil edib.
O, bu birja manipulyasiyası üçün 10 mlrd məbləğində pul xərcləyib. Nəticədə birjalarda manipulyasiya etmək istəyən dünya bankları dəhşətli zərərə uğrayıblar.
Əvəzində isə “GameStop” şirkətinin hissələri ciddi şəkidlə dəyərlənib və Elon Mask daha çox gəlir qazanmış olub.
Lakin Elon Mask birjada baş verən əks-manipulyasiyanın heç də qazanc məqsədi ilə edilmədiyini qeyd edib. Onun fikrincə, bu mövcud kapitalist sistemi içərisindəki böhranın xəbərçisidir.
Xatırladaq ki, bu Elon Maskın dünya iqtisadiyyatının təməllərini sarsdığı ilk belə hal deyil. Yaxın zamanda ABŞ gümüş satışı sahəsində də Elon Maskın müdaxiləsi baş tutmuşdu.
Vaxtaşırı gümüş hissələrini sataraq, daha sonra ucuza alan ABŞ şirkətləri Elon Maskın müdaxiləsi ilə dəhşətli zərərə uğramışdı.
Elon Mask ucuzlaşmış gümüş hissələrini satın alaraq gümüşü tarixdə görünməmiş qiymətlərə qaldırmasının ardından ABŞ hökümətinə yaxın şirkətlərin illərdir işləyən manipulyasiya siyasəti sıradan çıxmışdı.
ABŞ höküməti və Elon Maskı qarşı qarşıya gətirən hadisə nəticəsində ABŞ hökməti Elon Maskı Marsa səfərlərinə əngəl törədə biləcəyi ilə təhdid etmişdi.
Rəvan Əliyev, Bizim.Media