Ermənistan, Rusiya və Azərbaycan Baş nazirlərinin müavinlərinin ikinci görüşü fevral ayının qarşıdakı günlərində keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Sputnik Armenia"ın müxbirinə Ermənistan baş nazirinin müavini Mger Qriqoryanın ofisindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan-Rusiya ittifaqı mümkündürmü? – Lavrovun cavabı və politoloqdan ŞƏRH
Məlumatda deyilir ki, görüşdə ekspertlərdən ibarət iki alt qrup da iştirak edəcək.
Birinci alt qrupa İqtisadiyyat Nazirliyinin, Müdafiə Nazirliyinin, Xarici Işlər Nazirliyinin, Milli Təhlükəsizlik Xidmətinin nümayəndələri daxildir.
İkinci alt qrupda isə İqtisadiyyat Nazirliyinin, ərazilərin idarə edilməsi və qida məhsullarının təhlükəsizliyi ilə məşğul olan idarələrin, Milli Təhlükəsizlik və Xarici Işlər nazirliklərinin nümayəndələri təmsil olunacaq.
Bizim.Media