Prezidentdən əməkdar mədəniyyət işçiləri ilə bağlı FƏRMAN

Prezidentdən əməkdar mədəniyyət işçiləri ilə bağlı FƏRMAN

Hazırda oxunan: Prezidentdən əməkdar mədəniyyət işçiləri ilə bağlı FƏRMAN

106489

Əməkdar mədəniyyət işçilərinə dosent və professor adı verilməyəcək.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, dosent və professor elmi adı verilməsi üçün iddiaçılar arasından əməkdar mədəniyyət işçilərinin adı çıxarılıb.
İndiyə qədər dosent elmi adı mədəniyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş əməkdar mədəniyyət işçisi olan iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilirdi:

- iddiaçının azı üç il elmi-pedaqoji iş stajı olmalıydı;

- iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməliydi;

- iddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra müvafiq ixtisas üzrə tədris-metodiki iş və ya işlər (elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin elmi şurasının qərarı ilə tədris-metodiki vəsait kimi çapa tövsiyə edilməli və ümumi həcmi yüz min işarədən az olmamalı) təqdim etməliydi;

- iddiaçı müvafiq sahə üzrə respublika və ya beynəlxalq miqyaslı müsabiqə, sərgi, festival, baxış və mükafatların laureatı, qalibi, diplomantı olmalı, yaxud onları hazırlamalıydı və s.

Professor elmi adı mədəniyyət sahəsində əhəmiyyətli nailiyyətlər əldə etmiş əməkdar mədəniyyət işçisi olan dosent elmi adı almış iddiaçılara aşağıdakı tələblər ödənildiyi halda verilirdi:

- iddiaçının azı beş il elmi-pedaqoji iş stajı olmalıdır;

- iddiaçı azı bir il bu vəzifədə qüsursuz və müvəffəqiyyətlə işləməliydi və s. tələblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO