Səfirimiz Niderlandda Ermənistanın hərbi cinayətlərindən DANIŞDI

Səfirimiz Niderlandda Ermənistanın hərbi cinayətlərindən DANIŞDI

Hazırda oxunan: Səfirimiz Niderlandda Ermənistanın hərbi cinayətlərindən DANIŞDI

106384

Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev ölkənin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb.

Bizim.Media-nın xəbərinə görə, bu barədə diplomat Tvitterdə bildirib.

"Niderland Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri cənab Rudmer Heerema və onun əməkdaşları ilə çox konstruktiv görüşümüz oldu.

Ona münaqişədən sonrakı vəziyyət, Azərbaycanın mövqeyi, Ermənistanın törətdiyi hərbi cinayətlər barədə məlumat verdim. Niderland parlamentariləri ilə daha çox dialoqa ehtiyac var. Anlayışınız üçün təşəkkür edirik" – deyə azərbaycanlı diplomat qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO