Prezident: “Vatikanda səfirliyin açılması əməkdaşlığın dinamizminə xidmət göstərəcək”

Prezident: “Vatikanda səfirliyin açılması əməkdaşlığın dinamizminə xidmət göstərəcək”

Hazırda oxunan: Prezident: “Vatikanda səfirliyin açılması əməkdaşlığın dinamizminə xidmət göstərəcək”

106087

Xəbər verdiyimiz kimi, noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın ölkəmizdə yeni təyin olunmuş apostol nunsisi arxiyepiskop Marek Solçinskinin etimadnaməsini qəbul edib. Apostol nunsi ilə söhbət edən İlham Əliyev Azərbaycan və Vatikanda Roma Papası ilə görüşlərini məmnunluqla xatırlayıb.

Bizim.Media xəbər verir ki, o, Fransiskin ölkəmizə səmimi münasibətini həmişə hiss etdiyini vurğulayıb.

Dövlətimizin başçısı Roma Papasının Azərbaycana rəsmi səfərini tarixi səfər kimi qiymətləndirərək, bunun ikitərəfli münasibətlərimizi, eyni zamanda, bizim tərəfdaşlıq ruhunun, multikulturalizm, sülh və tolerantlıq dəyərlərinin təşviqinin zəruriliyini nümayiş etdirdiyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

 “Roma Papası İlham Əliyevə uğur qazanması üçün dualar edir” – Vatikanlı arxiyepiskop


İlham Əliyev Azərbaycanın Vatikanda ayrıca səfirliyinin fəaliyyətə başlayacağını deyərək, bunun əməkdaşlığın dinamizminə xidmət göstərəcəyinə əminliyini ifadə edib.

O, Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyduğunu bildirib və bunu mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirərək, Azərbaycan tərəfinin bu işi davam etdirməyə hazır olduğunu deyib.

Prezident İlham Əliyev ölkəmizdə mütəmadi keçirilən mədəniyyətlərarası dialoq forumunun bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO