Hökumətin siyasətində dəyişiklik  - siyasi məhbuslar azad ediləcəkmi?

Hökumətin siyasətində dəyişiklik - siyasi məhbuslar azad ediləcəkmi?

Hazırda oxunan: Hökumətin siyasətində dəyişiklik - siyasi məhbuslar azad ediləcəkmi?

105782
Son zamanlar ölkədə “MTN işi”x9d konteksində baş verən həbslər, hakimiyyətin daxilindəxa0 onlarla ona qarşı çıxanların, xəyanət edənlərin olduğunu göstərdi. Bu faktı iqtidar nümayəndələri də təsdiq edirlər ki, “MTN işi”x9d çərçivəsində həbs olunanlar, əslində dövlət daxilində çətə quraraq, qeyri-qanuni işlər görüblərmiş. Lakin maraqlı hal budur ki, elə bu gün həbs olunanların bir çoxlarının apardıqları əməliyyat nəticəsində Azərbaycanda media nümayəndələri, Qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri ağır ittihamlarla məhbəsə salınıb. Həbsdə olan ictimai sektorun nümayəndələrinin bir qismi dövlətə xəyanət etməkdə günahlandırılıb. “MTN işi”x9d göstərdi ki, dövlətə ən böyük xəyanət edənlər, QHT-lərdə yox, ölkə üçün əhəmiyyətli dövlət sturukturlarında çalışanlar olub.
Belə olan təqdirdə Azərbaycan iqtidarı, həbsdə olanlara qarşı siyasətini dəyişə bilərmi?

Məsələ ilə bağlı musavat.com-a millət vəkili Zahid Oruc danışıb. O bildirib ki, hazırkı hadisələrə daha aydın nəzərlərlə baxmaq üçünxa0 zamana ehtiyac var:

“Son zamanlar adı çəkilən sturukturların dünya çapında daxa0 fəaliyyəti birmənalı olmayıb. Misal üçün, Amerikanınxa0 həyatına nəzər salarkən görməkdəyik ki, hələxa0 Con Kennedi dövründə Mərkəzi Kəşfiyyat İdarəsinin başçısıxa0 ölkənin içərisində elə bir xəfiyyə strukturu formalaşdırmışdı ki, o, dövlət içərisində real dövlətə çevrilmişdi. Azərbaycanda da sanki belə bir “paralel yapı”x9d mövcud olub. Onlar bütünxa0 işlərə elə barmaqlar uzadıblar ki,xa0 həm iqtisadi sferada,xa0 həm siyasi həyatda,xa0 həm də vətəndaş-dövlət, media-hakimiyyət əlaqələrində xeylixa0 anlaşılmazlıqlar yaradıblar. İndi bu kimi problemləri ortadan qaldırmaq üçün çoxxa0 dəqiq işləmək lazımdır. Elə proqramlarxa0 tərtib etmək lazımdır ki, dövlətin bu sahədə fəaliyyətini hüquq müstəvisinə gətirərkən, ortada cinayətkarlar xüsusi bir nəfəslik əldə edib, yenidən keçmiş anti-dövlət fəaliyyətlərini qazanmasınlar. Eynixa0 zamanda elə edilməlidir ki, bu fəaliyyətə qurban olan, onların əməllərindən zərər çəkənlərin də haqqı bərpa olunsun. Ona görə də hazırda söyləmək çətindir ki, tutalım, hansı QHT rəhbərlərinin fəaliyyətini ifşa adı ilə onlar, özxa0 şəxsi qisasçılıq hisləri ilə davranıblar,xa0 yaxud da dövlətəxa0 öz fəaliyyətlərini süni şəkildə göstərmək istəyiblər. Həmçinin, bu cəbhədə aktivlik hesabına, başqa bir məkanda digər insanlar üzərinə “səlib yürüşünü”x9d təşkil etmək üçünxa0 bu əməllərindən necə faydalanıblar”x9d.

Zahid Oruc bildirib ki, bir günahsız şəxsin düşmən obrazının yaradılması ilə cəmiyyətin və dövlətin elitasını inandırmaqla, bunun paralelində başqa işlər görülüb:

“Haradasa qızıl külçələr qazanılıb, sahibkarları tələlərə salıblar. Bunun nəticəsində hazırda gördüyümüz villalar peyda olub. Ancaq bu, məsələnin görünən hissəsidir. Dövlətin masası üzərindən yatırılan informasiyalar isə daha böyükdür.Hesab edirəm ki, bu sturukturu yaradanlar ilkxa0 növbədə dövlət başçısından cəzanı aldıqdan sonra digərlərinin hüquqlarının qorunması istiqamətində addımlar atılacaqdır. Eyni zamanda həmin bu kəşfiyyatın məlumatları hesabına həbsdə olan hər hansı bir media işçisi, QHT nümayəndəsinin də işlərinin bir qisminin yenidən etibarlıq dərəcəsini yoxlamaq lazımdır. Lakin burada, elə hamını qurbanlıq elan etməkxa0 olmaz. Onlarınxa0 birxa0 sturukturun əli ilə həbs olunduğunu,xa0 sanki,xa0 ölkəni bir nazirlik idarə edirmiş kimixa0 mənzərəsini də ortaya çıxarmaq çox yanlış olar.Təbii ki, ölkədə təhlükəsizlik həyatı,xa0 hərbi sferada Silahlı Qüvvələr vasitəsi ilə, dövlətin daxilində müvafiq orqanlarının strateji layihələri Xüsusi Dövlət Mühafizə Xidməti vasitəsi iləxa0 təmin olunur.xa0xa0 Eyni zamandaxa0 kəşfiyyat və əks-kəşfiyyat işinə isə Milli Təhlükəsizlik Nazirliyi baxır. Bunlar isə çox mümkündür ki, “beşinci kolon”x9dun içərisinə elə öz adamlarını salıblar ki, onun timsalında guya kimlərisə cəzalandırıblar. Ancaq digər tərəfdən dinləmək, dövləti daxildən almaq, sahibkarların üzərinə yürüşlər kimi addımlar atıblar”x9d.

Məsələ ilə bağlı musavat.com-a ReAl hərəkatının icra katibi Natiq Cəfərli də danışıb. O bildirib: “Biz sadəcə arzulaya bilərik ki, hökumət QHT-lərin çalışmasının əslində onun özünə xeyirli olduğunu qəbul etsin. Dünyanın bütün ölkələrində QHT-lərin apardığı araşdırmalar, hökumətin atdığı addımların müəyyən dəyişikliyi üçünxa0 mühim rol oynayır. QHT-lər buxa0 anlamda, hökumətin görməli olduğu işlərin böyük bir hissəsini ”“araşdırma, elmi yanaşma və sairə, öz üzərinə götürür.xa0 Azərbaycanda isə son dövrlər sanki QHT-lərə düşmən kimi baxılıb. Nəticədə isə bu təşkilatlar sıradan çıxarılıb. Əlbəttə ki, bu tamamilə səhv bir yanaşma idi. Jurnalistikanınxa0 özü belə Azərbaycanda basqı altında olub. Halbuki, Azərbaycan jurnalistləri bu gün, baş verən hadisələr barəsində, məmurların özbaşınalıqları haqqındaxa0 yüzlərlər məqalələr yazırdılar. Ancaqxa0 ölkə hakimiyyəti, hüquq-mühafizə orqanları bunlara heç bir reaksiya vermirdilər. Əksinə, yazanları təqib edirdilər. İndi isə artıq məlum olur ki,xa0 dövlətin çox vacib qurumlarında, nazirliklərində böyük qanunsuzluqlara, haqsızlıqlara yol verilib. Ümid edək ki, Azərbaycanın düşdüyü hazırkı ağır durumda,xa0 iqtisadi problemlərin mövcud olduğu dövrdə, heç olmasaxa0 hökumət siyasətində yenidən qiymətləndirmə aparacaq. Ancaq görünən bir məqam budur ki, hökumət öz siyasətində hələ köklü dəyişiklik etmək fikrində deyil. Azad fikr hələ də təzyiq altındadır. Böyük əksəriyyət Azərbaycanda təkamül yolu ilə inkişafın tərəfdarıdır. Ancaq təkamül də azad rəqabətdən doğur. Bu baxımdan ilk olaraq yuxarıda qeyd etdiyim məsələlər həll olunmalıdır”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO