Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 30 il ötür. Əlamətdar hadisə ilə bağlı Heydər Əliyev Mərkəzində tədbir keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirə qatılaraq çıxış edib.
Qeyd edək ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi, onun gələcək uğurlarına yol açdı.
Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir. Onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar.
Bizim.Media