“Baş nazir Mixail Mişustinin səfəri Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində reallaşıb. Və Rusiya-Azərbaycan əlaqələrinin iqtisadi sahəsini əhatə edir”.
Bu fikirləri Bizim.Media-ya politoloq Fərhad Məmmədov Mixail Mişustinin Bakı səfərini şərh edərkən söyləyib.
O əlavə edib ki, Mişustini Rusiyanın hər hansı bir elçisi kimi qeyd etmək düz olmazdı:
“Bunu təsdqiləyən fikir kimi Putinin Prezident Əliyevə zəngini göstərmək olar. Yəni, Rusiya ilə Azərbaycan rəhbərliyi arasında hansısa əlavə vasitəçiyə ehtiyac yoxdur”.
Fərhad Məmmədov bildirib ki, noyabrın 22-də Putinin Ermənistana səfəri gözlənilir:
“KTMT sammiti çərçivəsində baş tutacaq bu səfərdə o, Paşinyanla görüşəcək. Düşünürəm ki, Rusiya Ermənistan-Azərbaycan danışıqlarına hansısa bir element əlavə etmək istəyir. Yəqin ki, Putinin Ermənistandakı görüşündə bu elementi biz aydın görə biləcəyik. Bu ilk növbədə təşəbbüsü ABŞ və Aİ-dən almaq və sülh sazişində Rusiyanın maraqlarının yer almasına nail olmaqdır. Çünki Rusiyanın bu vaxtadək istədiklərinin bir çoxu Azərbaycanın maraqlarına uyğun deyil. Azərbaycan öz prinspial mövqeyindən əl çəkmir. Və dünən cənab Prezident bir daha bəyan etdi ki, sülh danışıqları prosesində Qarabağla bağlı heç bir müddəa yer ala bilməz və bu məsələ müzakirə obyekti deyil”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:15 / 18.11.2022
Mişustin Bakıya hansı TƏKLİFLƏRLƏ gəlib? – DETALLAR
Hazırda oxunan: Mişustin Bakıya hansı TƏKLİFLƏRLƏ gəlib? – DETALLAR
Hazırda oxunan: Mişustin Bakıya hansı TƏKLİFLƏRLƏ gəlib? – DETALLAR
105107
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.