İlham Əliyev: “Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var”

İlham Əliyev: “Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var”

Hazırda oxunan: İlham Əliyev: “Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var”

104506

“Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişik. Demək olar NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasında idik ki, biz sülhməramlı missiyaya qoşulduq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə birgə keçirdiyi mətbuata bəyanatında səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Tiranada “Mother Albania” abidəsini ziyarət edib - FOTO


“Biz Əfqanıstandan çıxan son iki ölkə arasındayıq - son iki ölkə Türkiyə və Azərbaycan idi. Qalan bütün NATO üzvləri bizdən qabaq oradan çıxmışdılar. Yəni, demək istəyirəm ki, bu da bizim məsuliyyətimizin təzahürüdür”, deyə o, qeyd edib.

Azərbaycan liderinin sözlərinə görə, Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO