BBC Ermənistanı ifşa etdi – Foto fakt

BBC Ermənistanı ifşa etdi – Foto fakt

Hazırda oxunan: BBC Ermənistanı ifşa etdi – Foto fakt

1041

Bizim.Media BBC xəbər agentliyinə istinadən xəbər verir ki, agentlik Dağlıq Qarabağdakı hərbi əməliyyatlar haqqında ermənilərin saxta xəbərlər tirajlaması ilə bağlı araşdırma aparıb. Xəbərdə Dağlı Qarabağda 27 sentyabrdan etibarən başlayan hərbi əməliyyatlar haqqında erməni tərəfinin çoxsaylı dezinformasiylardan istifadə etdiyi faktlarla sübuta yetirilib. Dağlıq Qarabağın beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanındığını, ancaq Ermənistan tərəfindən zəbt edildiyini qeyd edən kanal, bir sıra saxta xəbərləri də işıqlandırıb.
Belə ki, xəbərdə sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən əvvəlki tarixlərə aid videoların yeni kimi tirajlandığı qeyd olunub.

Tvitter şəbkəsində erməni istifadəçiləri tərəfindən paylaşılan və 250 min dəfə izlənilən bir videoda iranlıların cəbhə xəttində baş verən partlayışları izlədiyi görünür. Video qısa zamanda istifadəçilər tərəfindən kütləvi şəkildə paylaşılıb. Lakin qəribə şəkildə videodakı şəxslər rusca danışır və arxasında “Rossia” yazılan paltarlar geyiniblər. Qısa araşdırma nəticəsində məlum olub ki, video Rusiyada 2019-cu ildə Ordu günü ilə bağlı keçirilən təlimlərə aiddir. 
BBC eyni zamanda erməni istifadəçilərin hərbi video oyun olan Arma 3-dən də xüsusi səhnələrin paylaşması faktını müəyyən edib. Videoda hərbi təyyarənin hava hücumundan müdafiə vasitəsi ilə vurulması göstərilir. Xəbərdə hətta bu videonun bir hind televiziyası tərəfindən “Ermənistanın Azərbaycan təyyarəsini vurdu” başlığı ilə yayımlandığına da diqqət çəkilib. BBC isə videonun əslinin 2020-ci ilin avqustunda youtube şəbəkəsində yapon telekanalı tərəfindən yayımlandığını müəyyən edib.

Eyni zamanda xəbərdə Ermənilərin informasiya müharibəsində daha ciddi fəaliyyət göstərmək üçün “kiber ordu”, “media döyüşçüləri” kimi xüsusi sosial şəbəkə qrupları yaratdıqları da qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO