İşğaldan azad olunan ərazilərdə 4 mindən çox obyekt inventarlaşdırılıb – AÇIQLAMA

İşğaldan azad olunan ərazilərdə 4 mindən çox obyekt inventarlaşdırılıb – AÇIQLAMA

Hazırda oxunan: İşğaldan azad olunan ərazilərdə 4 mindən çox obyekt inventarlaşdırılıb – AÇIQLAMA

10401

Xəbər verdiyimiz kimi, işğaldan azad olunan ərazilərdə 3945 daşınmaz əmlak və 504 infrastruktur obyekti olmaqla, 4449 əmlakın çöl inventarlaşdırma işləri tamamlanıb.

54.07 km avtomobil yolunun, 17.2 km elektrik təchizatı xəttinin, 1.86 km su təchizatı xəttinin, 16.12 km suvarma şəbəkəsinin, 39.13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin inventarlaşdırılması da başa çatdırılıb.

Ümumilikdə, 8 rayon üzrə 75 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, digər yaşayış məntəqələri üzrə davam etdirilir.

Mövzunu əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə ilə davam etdirdik.

O, Bizim.Media-ya açıqlamasında dedi ki, bundan sonrakı mərhələdə siyahıya alınan daşınmaz əmlakın qiymətləndirilməsi aparılacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Füzulidə hava limanının tikintisi sürətləndiriləcək


“Proses davam edir. İşlər həm Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX), həm də digər qurumların nümayəndələrinin iştirakı ilə həyata keçirilir.

Daşınmaz əmlak deyəndə təkcə yaşayış məntəqələri nəzərdə tutulmur. Çünki işğaldan azad olunan torpaqlarda digər müəssisələr də var. Həmin müəssisələrin də daşınar-daşınmaz əmlakı var ki, hal-hazırda onların da inventarlaşdırılması davam etdirilir. Bu proses, əsasən 2 mərhələdə reallaşdırılır. 


İnventarlaşma odur ki, əraziyə baxış keçirilir, daşınmaz əmlakın faktiki vəziyyətinə görə qeydiyyatı aparılır və növbəti etapda sırf qiymətləndirilir. Yəni həmin daşınmaz əmlakların mövcud vəziyyətinə görə dəyəri müəyyənləşdiriləcək”, deyə o, əlavə etdi.

Hazırda 1-ci mərhələnin həyata keçirildiyini deyən ekspert aparılan işlərin məqsədindən də danışdı:

“İnventarlaşdırma kömək edəcək ki, Qarabağda yaşayış və iş bərpa olunandan sonra bütün daşınmaz əmlakın siyahısı olsun. Bununla yanaşı həm dəyən ziyanın ümumi məbləğinin müəyyənləşdirilməsi, həm də faktiki vəziyyətinə görə müvafiq dəyərləndirmə olacaq.

 

Orada söhbət təkcə yaşayış yerlərindən getmir. Məsələn, Vejnəli qızıl yatağı böyük bir müəssisədir. Orada daşınar və daşınmaz əmlak zəbt olunub istifadə edilirdi. Siyahıya digər müəssisələri də əlavə etmək olar. Salamat olan hissə nədir, yararsız olanlar hansılardır? Məhz, bu sadalanan məqamların uçotu aparılacaq.”


Ramil Qasımzadənin fikrincə, bununla da hansı sahələrə investisiya yatırılması, hansıların bərpa, yaxud sökülüb, yenidən qurulmasının lazım olduğu məlum olacaq. 

Anar Rəhimov, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO