Şavkat Mirziyoyev: “TDT-nın Zirvə Görüşünün təməli Naxçıvanda qoyulub”

Şavkat Mirziyoyev: “TDT-nın Zirvə Görüşünün təməli Naxçıvanda qoyulub”

Hazırda oxunan: Şavkat Mirziyoyev: “TDT-nın Zirvə Görüşünün təməli Naxçıvanda qoyulub”

103698

Sabah Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Görüşü ilk dəfə olaraq yeni adla keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı bildirib. 

"Sabahkı Sammit rəmzi məna daşıyır, ona görə ki, bu tədbirin əsasını Naxçıvanda qoymuşuq, İlham Heydər oğlu, Sizin Vətəninizdə, atanızın Vətənində.

Biz görürük ki, bu istiqamətdə çoxsaylı tarixi hadisələr baş verib. Özbəkistanda bu tarixi hadisə ilk dəfədir. Nə üçün Səmərqənddə təşkil olunması da böyük əhəmiyyət kəsb edir, ona görə ki, sabah Səmərqənddə ilk dəfə olaraq Zirvə Görüşü yeni adla keçiriləcək. Bütün bunlar hamısı qarşılıqlı surətdə əlaqəlidir", - dövlət başçısı vurğulayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO