Mustafa Kamal Atatürkün vəfatından 84 il keçir

Mustafa Kamal Atatürkün vəfatından 84 il keçir

Hazırda oxunan: Mustafa Kamal Atatürkün vəfatından 84 il keçir

103536

Azərbaycan xalqı qardaş Türkiyəmizin qurucusu Qazi Mustafa Kamal Atatürkün adını daim uca tutur. Bu gün onun vəfatından 83 il keçir.

Bizim.Media xatırladır ki, Mustafa Kamal Atatürk 1881-ci ildə Saloniki şəhərində anadan olub.

Birinci Dünya Müharibəsi dövründə osmanlı ordusunda xidmət edən Atatürk Çanaqqala cəbhəsində polkovnik, Sina-Fələstin cəbhəsində isə general rütbəsi alır.

O, Qurtuluş döyüşü müddətində Ankara hökumətini qurur, hərbi səriştəsi ilə Antanta dövlətləri tərəfindən göndərilən hərbi gücləri məğlubiyyətə uğradır və türk millətini zəfərə aparır.

Atatürk daha sonra köhnə Osmanlı İmperiyasını müasir bir dövlətə çevirmək üçün siyasi, iqtisadi, ictimai və mədəni islahatlara başlayır. Liderliyi altında minlərlə yeni məktəb inşa etdirir.
Türk ordusunun baş komandiri olaraq Sakarya müharibəsindəki müvəffəqiyyətinə görə 19 sentyabr 1921-ci il tarixində "Qazi" adını alır və marşal rütbəsinə yüksəlir. 1938-ci ildəki vəfatına qədər ard-arda 4 dəfə prezident seçilən Atatürk bu vəzifəni ən uzun müddət icra edən prezident olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO