“ABŞ Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun tərəfdarıdır və bunu 2 ölkə arasında sülhün açarı hesab edir”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında Vaşinqtonda ikitərəfli görüşü açarkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Ermənistan XİN rəhbərləri bu sahədə razılığa gəldi - FOTO
“ABŞ Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına sadiqdir. Birbaşa dialoq möhkəm sülh üçün ən yaxşı vasitədir. Biz bunu dəstəkləməkdən məmnunuq” - deyə Blinken vurğulayıb.
Bizim.Media