“44 saylı Sumqayıt - Xızı seçki dairəsində təblığat kampaniyasını yüksək səviyyədə aparıram. Qanunla ayrılmış bütün lövhələrdə namizəd plakatım vurulub".xa0
Bunu Moderator.az - a BAXCP sədrinin müavini, 44 saylı Sumqayıt ”“ Xızı seçki dairəsindən namizəd olan Niyaməddin Orduxanlı deyib. xa0
Onun sözlərinə görə, namizədlər üçün ayrılmış lövhələr əhalinin çox hərəkət etdiyi yerlərdə vurulub:
”x9dBu çox yaxşı haldır ki, Dairə Seçki Komissiyası namizədlər üçün ayrılmış lövhələri əhalinin çox hərəkət etdiyi yerlərdə ayırıb. Bu gün BAXCP - nin Sumqayıt rəhbərliyi ilə birlikdə həmin lövhələrə baxış keçirdik. Qeydə alınmış namizədlərin hər birinin plakatının həmin lövhələrə vurulduğunu gördüm. Mənə elə gəlir ki, bu dairənin seçiciləri namizədləri ilə bağlı artıq 19 gün müddətində müəyyən informasiyaya toplaya biliblər. Düşünürəm ki, bu gün həm də müasir texnologiya ”“ internet resusları da imkan verir ki, seçicilər namizədlərlə bağlı daha ətraflı və dolğun məlumat toplasınlar. Sumqayıt və Xızı əhalisinin internetdən geniş istifadə etməsi də çox yaxşı haldır.”x9d






























































































