İranın anti-Azərbaycan siyasəti pik həddə çatıb - VİDEO

İranın anti-Azərbaycan siyasəti pik həddə çatıb - VİDEO

Hazırda oxunan: İranın anti-Azərbaycan siyasəti pik həddə çatıb - VİDEO

103120

"İran Azərbaycan əleyhinə həmişə mənfi təbliğat aparıb. İndiki məqamda isə bu tendensiya pik həddə çatıb''.

Bizim.Media xəbər verir ki, bu fikirləri Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin idarə heyətinin üzvü, Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, Finlandiyada yaşayan milli fəal Sadıq İsabəyli səsləndirib.

Onun sözlərinə görə, rəsmi Tehran Azərbaycanın 44 günlük Vətən müharibəsindəki parlaq qələbəsini həzm edə bilmir.

Siyasi şərhçi vurğulayıb ki, İran hər zaman açıq şəkildə Ermənistana iqtisadi və siyasi dəstək verib. Molla rejimi İranda olan ermənilərlə azərbaycanlılar arasında fərq qoyur. Erməniləri sevir, azərbaycanlıları isə çıxdaş edir.
Sadıq İsabəylinin sözlərinə görə, İranın Azərbaycana qarşı qəzəbi və kini elə bir həddədir ki, bunu gizlədə bilmir.

“Azərbaycan bu reallığı nəzərə alaraq qarşı tərəfə lazımi reaksiya verir və başa salır ki, mənim daxili işlərimə qarışmağa sənin haqqın yoxdur!”,- deyə o əlvə edib.

Mövzu ilə bağlı XƏZƏR TV-nin hazırladığı ətraflı videomaterialı təqdim edirik.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO