“Boş torpaqlarda belə gözəl kompleks yaratmışıq. Burada tarix boyu heç nə bitmirdi, heç nə əkilmirdi. Amma biz hər yerdə xariqələr yaradırıq”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev “Abşeron Zeytun Bağları” MMC-nin məsləhətçisi Murat Küçükçakırla söhbət zamanı bildirib.
Prezidentə mövsüm üçün nəzərdə tutulan məhsul planı barədə məlumat verilib:
MÖVZU İLƏ BAĞLI:
"Ölkə daxilində iş yerləri və yerli istehsal yaradılacaq" - Prezident
“Hədəfimiz bir hektardan on ton məhsul almaqdır. Bu il 2500-3000 kiloqram ətrafında olacaq. Dördüncü ildə bu rəqəmə çatmaq həqiqətən gözəl nailiyyətdir.
Biz il ərzində 4 min ton yağ istehsalını planlaşdırırıq. Bunun təqribən 2 min tona yaxını daxili bazar üçündür. Təbii ki, biz daxili bazarı zeytun yağı istehlakına alışdırmalıyıq. Çünki bu, çox vacibdir. Biz iki min ton məhsulu isə ixrac etməyi planlaşdırırıq”.
İlham Əliyev “Abşeron Zeytun Bağları”nın iqlimə, təbiətə və insanların sağlamlığına müsbət təsiri olacağını vurğulayıb.
Bizim.Media