Rusiya tərəfindən Azərbaycan və Ermənistana 15 bənddən ibarət sənəd təqdim edilib. Sənədin 14-cü və 15-ci bəndlərini Azərbaycan qəbul etməyib.
Bizim.Media xəbər verir ki, bu barədə İrəvanın “Joxovurd” qəzeti yazıb.
“14-cü bənd Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının uzadılması ilə bağlı idi. Ermənistan bu təklifin tərəfdarı, Azərbaycan isə əleyhinə idi. 15-ci bənd isə Qarabağın öz müqəddəratını təyinetmə məsələsindən bəhs edirdi. Rəsmi Bakı Soçidə keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə bu bəndlərə qarşı çıxıb.
Qarabağın öz müqəddəratını təyinetmə məsələsi Qərb versiyasına görə həll olunmasa da, sentyabr döyüşlərindən sonra Rusiya tərəfinin neytrallığını nəzərə alaraq Ermənistan hakimiyyəti sülh müqaviləsinin Qərb variantına meyl edir və Rusiya ilə əlaqəni kəsir.
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bütün bunlarla bağlı informasiya verəcək”, - deyə nəşrdə qeyd edilib.
Bizim.Media