Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə danışıqlar aparmaq üçün Soçiyə gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Onunla birlikdə baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan gəlib.
Bundan əvvəl Kreml məlumat vermişdi ki, dövlət başçıları 2020 və 2021-ci illərdə əldə edilmiş üçtərəfli razılaşmaların icrasını, eləcə də Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi istiqamətində atılan addımları nəzərdən keçirmək niyyətindədirlər.
Bizim.Media