“Qarabağda yaşayan ermənilərin həyatları indikindən qat-qat yaxşı olacaq” – Sahibə Qafarova  

“Qarabağda yaşayan ermənilərin həyatları indikindən qat-qat yaxşı olacaq” – Sahibə Qafarova  

Hazırda oxunan: “Qarabağda yaşayan ermənilərin həyatları indikindən qat-qat yaxşı olacaq” – Sahibə Qafarova  

101701

“Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan öz daxili məsələlərini bu və ya digər ölkə ilə müzakirə etmək fikrində deyil”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycanın ünvanına səsləndirdiyi həqiqətdən uzaq iddialara cavab verərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ərazilərimizin minalanması hərbi cinayətdir” - Sahibə Qafarovadan erməni spikerə CAVAB 


O, bildirib ki, Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək:

“Onlar Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malik olacaqlar. Onlar əmin ola bilərlər ki, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmuş həyatları indikindən qat-qat yaxşı olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO