Dünya siyasətində SON GEDİŞLƏR – Gələcəyin siyasi düzəni necə olacaq?

Dünya siyasətində SON GEDİŞLƏR – Gələcəyin siyasi düzəni necə olacaq?

Hazırda oxunan: Dünya siyasətində SON GEDİŞLƏR – Gələcəyin siyasi düzəni necə olacaq?

101092

2020-ci ilin yazında pandemiyanın yayıldığı ilk aylarda Amerikalı milyarder Bill Qeyts bildirmişdi ki, pandemiya dünyada yeni siyasi düzən formalaşdıracaq. Ənənəvi gücləri siyasi səhnədən yeni yaranacaq güclər sıxışdırıb çıxardacaq.

Hadisələrin sonrakı inkişafı Bill Qeytsin haqlı olduğunu göstərdi. Artıq 2020-ci ilin sonlarından başlayaraq yeni güc tendensiyalar, çağırışlar ortaya çıxmağa başladı. Bunu görən super dövlətlər və superbirliklər hadisələrin inkişafını ləngitmək üçün müxtəlif layihələrə ortaya atdılar. Bununla da dünyanın yenidən bölüşdürülməsində əsas söz sahibi olduqlarını sübut etməyə çalışdılar. Nə yazıq ki, bütün çabalar boşa çıxdı.

ABŞ Rusiyanı Ukrayna bataqlığına çəkməkdə əsas hədəfi nə idi?

ABŞ dünyanın yenidən bölüşüdürməsində əsas söz yiyəsi olduğunu sübüt etmək istədi. Bu məqsədlə, Ağ Ev Aİ və Böyük Britaniyanı yanına çəkdi. Vaşinqtonun fikrincə, dünyanın bölüşdürülməsinin ilkin mərhələsi Rusiyanın ən yaxın perspektivdə çökdürülməsi, uzaq gələcəkdə isə parçalanması idi.
Lakin, sonradan baş verənlər göstərdi ki, ABŞ-ın bu layihəsi nəinki, çox uğursuz, həm də çox səbatsız imiş. Beləki, Ukrayna-Rusiya müharibəsi başlamasından sonra dünyanı iqtisadi böhran bürüdü.

Bəlli oldu ki, Rusiya “dünya” adlı canlı orqanın əsas parçasıdır. Və bu orqanın zədələnməsi qısa zamanda dünya iqtisadiyyatına metostaz verdi. Bundansa ən çox ziyan görən Avropa dövlətləri oldu. Son 8 ayda baş verən infilyasiya son 30 ildə qeydə alınmayıb. Böyük Britaniyada son 50 ildə infilyasiya ilk dəfə iki rəqəmlə ifadə olundu. Üstəlik, ölkənin reputasiyası ciddi zərər gördü. Nəticədə, baş nazir Boris Conson istefaya getdi.

Boris Conson dövrünün Uiston Çörçili kimi

Consonun istefası Böyük Britaniyanın ən yaxın müttəfiqi olan ABŞ-ın böyük iddialarına da ağır zərbə oldu. Təsadüfi deyil ki, onun gedişindən sonra ABŞ Avropada daha əvvəlki söz yiyəsi deyil. 

Bu türk əsilli ağbaş oğlanın istefasından 2 aya yaxın vaxt keçməsinə baxmayaraq onun gedişi bu gün də müzakirə edilir. Bir qism mütəxəssislər Consonun gedişini ABŞ-ın subyektiv iddialarına bir etiraz kimi qəbul edir.

İkinci qism ekspertlərsə zənn edir ki, Consonun Baş nazir postundan getməsi yaxın gələcəkdə baş verəcək böyük geosiyasi dəyişikliklərə hazırlıq məqsədi daşıyır. Çünki, Conson kifayət qədər praqmatik siyasətçidir. Amma, o gördü və başa düşdü ki, Böyük Britaniya indiki müttəfiqlərlə çox uzağa gedə bilməz. Ona görə də getdi, Amma bu gediş qayıtmaq üçün verilmiş bir qərar idi. Və yaxın zamanlarda Conson yenidən siyasi hakimiyyətə qayıdacaq.

Amma buna qədər Yusif Sərrac oyunu oynanılacaq. Hələ çox Liz Trasslar, Rişi Sunaklar gəlib gedəcək. Və nəhayətdə Boris Consonun yenidən Baş nazir postuna gəlməsi siyasi sifariş və xalqın tələbi olacaq.
Nəzərə alaq ki, Boris Conson yeniliklərə açıq şəxsdir. O, zamanın diqtəsini çox gözəl qiymətləndirə bilir. Amma, Böyük Britaniyanın siyası elitasındakı ABŞ sevdalı mühafizəkarlar bu siyasətçinin baxışları ilə nə yazıq ki, barışmaq fikrində deyil. Lakin, zaman keçdikcə ingilislər başa düşəcəklər ki, Conson öz dövrünün Çörçilidir.

Onu da qeyd edək ki, 44 günlük müharibə dövründə Azərbaycanı ABŞ-ın və Aİ-nin basqısından qoruyan beynəlxalq güclərdən biri də Boris Conson idi. Yəni Consonun türklərə münasibəti soy kökünə baxışdan daha çox irəli gedir.

Rusiyanın 2 ən böyük səhvi

Dünyanın yenidən bölünməsində Rusiya da moderatorluq etmək istədi. Moskva İraqda, Liviyada və Suriyada ABŞ və Aİ-ni küncə sıxışdırdıqdan sonra daha da iştaha gəldi. Və düşündü ki, çox asanlıqla Aİ-ni və NATO-nu çox asanlıqla öz sərhədlərindən uzaqlara qova biləcək. Lakin, Rusiya iki çox vacib məqamı nəzərdən qaçırdı.

Birincisi, İraqda, Suriyada Rusiyanın yanında Türkiyə, dolayısı ilə bütün türk dünyası dayanmışdı. Lakin, Ukrayna müharibəsində Rusiya tək idi. Nəinki, Türkiyə, heç bir türk dövləti Rusiyanın işğalçılıq siyasətini dəstəkləmədi. 

İkincisi, Rusiya müharibənin uzanacağını və ABŞ və Aİ –ni bu qədər açıq və geniş şəkildə Ukraynanı dəstəkləyəcəyini gözləmirdi. Bu iki səbəb indi Rusiyanı çətin duruma salıb. Geriyə dönüşü olmayan bir yola girən Rusiya sona qədər getmək məcburiyətindədir. Amma, çətində olsa bu müharibənin sonunda Rusiyanı qələbə gözləyir.

Daha doğrusu Rusiyanı qane edəcək sülh sazişi imzalanacaq. Lakin, o günə kimi Rusiya hələ çox itkilərə məruz qalacaq. Və bu itkilər superdövlət mübarizəsində Rusiyanı kənarda saxlayacaq. Ona görə də dünyanın bölüşdürülməsində ABŞ kimi də Rusiya da əsas söz yiyəsi olmayacaq.
Bu iki güc sonda öz sərhədlərini qorumaqla kifayətlənəcəklər. Lakin, dünyanın yenidən bölüşməsində hər zaman kimi Böyük Britaniya yenə də var olacaq.

Bəs, o zaman Böyük Britaniya ilə eyni masada hansı güclər yer alacaq?

Bu məsələdə, indiki vəziyyətdə Fransa daha şanlı görünür. Amma bu şans olaraq qalacaq. Oxlar Orta Asiyanı- Türk birliyini göstərir.

Surxay Atakişiyev, Bizim.Media

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO