“Azərbaycan 30 ildir ki, Britaniya üçün mühüm tərəfdaşdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld öz “Twitter” hesabında paylaşdığı videoda deyib.
Diplomat qeyd edib ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq onun yeddi əsas prioriteti var. O, prioritetləri əlifba sırası ilə qeyd edib:
“A) Azərbaycanla tərəfdaşlıq; B) İkitərəfli ticarət və investisiyaları artırmaq; C) İqlim dəyişikliyi və enerji təhlükəsizliyi; D) Minatəmizləmə, müdafiə və narkotiklər; E) İngilis dilinin tədrisi, Azərbaycanda istedadlı gənclərin potensialını üzə çıxarmaq; G) Gender bərabərliyi məsələlərinin həlli istiqamətində fəaliyyət”.
Çıxışının tamamında səfir izləyicilərə xitab edərək əlifba sıralamasında F hərfini təsadüfən yaddan çıxarmadığını və bu hərf altında hansı prioritetin nəzərdə tutulduğunu tapmağı izləyicilərin ixtiyarına buraxıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:28 / 25.10.2022
Britaniyanın Azərbaycandakı səfirindən tapmaca: “Bəs F nədir?” - VİDEO
Hazırda oxunan: Britaniyanın Azərbaycandakı səfirindən tapmaca: “Bəs F nədir?” - VİDEO
Hazırda oxunan: Britaniyanın Azərbaycandakı səfirindən tapmaca: “Bəs F nədir?” - VİDEO
101051
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.