Əli Həsənov dindirildi - Vüqar Səfərlinin işi böyüyür - FOTO

Əli Həsənov dindirildi - Vüqar Səfərlinin işi böyüyür - FOTO

Hazırda oxunan: Əli Həsənov dindirildi - Vüqar Səfərlinin işi böyüyür - FOTO

10097

Keçmiş KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin həbsindən sonra onun cinayət əməllərinin araşdırılmasına başlanılıb. Cinayət faktları üzrə əlavə bir neçə şəxs həbs edilib və istintaq işinə cəlb olunub.

Sosial şəbəkələrdə ölkə ictimaiyyəti tərəfindən xüsusi olaraq izlənilən isə vaxtilə Vüqar Səfərliyə patronluq etmiş Prezident Administirasiyasının keçmiş şöbə mdiri Əli Həsənovun dindirilmək məsələsidir.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənov Azərbaycana gətirilib


Dünən axşam saatlarında sosial şəbəkələrdə yayılan məlumatlara görə, Əli Həsənov prokurorluğa çağırılaraq dindirilib. Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün Facebook səhifəsində status yazıb:

“10 gün əvvəl yazmışdım ki, ev dustağıdır, tezliklə həbsi gözlənilir. Məlumat var ki, Əli Həsənov bu gün (28 yanvar – red.) həbs edilib, yaxud dindirilməsi üçün saxlanılıb”.

Əli Həsənov isə bu xəbəri təkzib edərək hazırda evində olduğunu deyib. O, həbs olunduğu barədə sosial şəbəkələrdə yayılan məlumatları da yalan adlandırıb. Sabiq məmur əlavə edib ki, prokurorluq orqanlarında dindirilməsi barədə yayılanlar da uydurmadır.

Vüqar Səfərlinin işi ilə bağlı məsələ isə təkcə Əli Həsənovun dindirilməsi ilə tamamlanmır. Əldə etdiyimiz məlumata görə, daha bir neçə şəxs istintaqa cəlb olunub.

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO